Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 60 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında minifutbol üzrə ölkə çempionatı keçirildi
SDU-nun 60 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələri arasında minifutbol üzrə ölkə çempionatı keçirildi
Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, AFFA, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “Azfar Group” QSC-nin dəstəyi ilə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol üzrə ölkə çempionatı keçirildi. Çempionatda 16 komanda arasında Sumqayıt Dövlət Universitetinin minifutbol üzrə komandası da iştirak edir.
Yarışın birinci mərhələsində komandalar 8 yarımqrupa bölünərək mübarizə apardılar.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol idman növünü təbliğ etmək, perspektivli idmançıları aşkarlamaq və onların ustalardan ibarət komandalara cəlb edilməsinə zəmin yaratmaqdan ibarətdir.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az