Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 2023-cü təqvim ilində keçiriləcək institusional akkreditasiya prosesi ilə bağlı SDU-nun Təşkilat Komissiyasının növbəti iclası keçirildi
2023-cü təqvim ilində keçiriləcək institusional akkreditasiya prosesi ilə bağlı SDU-nun Təşkilat Komissiyasının növbəti iclası keçirildi
Dekabrın 6-da Sumqayıt Dövlət Universitetinin Akkreditasiya üzrə Təşkilat Komissiyasının iclası keçirildi. Təşkilat Komissiyasının Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli Qərarı ilə təsdiq edilmiş ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarlarının 3-cü istiqaməti (təlim və tədris) barəsində akademik və inzibati heyət arasında görüşü keçirildi.
İclası komissiyanın sədri professor Ramazan Məmmədov açıq elan etdi.
Tədris Metodiki Mərkəzin direktoru Faiq Şirinov 3-cü istiqamət üzrə meyarlar barədə müzakirələr apardı. Tədris bölməsinin müdiri Sabir Behbudov meyarların indikatorları üzrə sual doğuran məqamları Təşkilat Komissiyası üzvlərinin nəzərinə çatdırdı.
İclas iştirakçılarından SDU-nun rektor müşaviri dosent Zəfər Hüseynov çıxış edərək öz tövsiyələrini verdi. Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva mütəmadi yaranmış suallara aydınlıq gətirilməsi və işi praktik şəkildə qurmaq məqsədilə hər bir meyar və indikatorları özündə ehtiva edən təqdimatın hazırlanmasını təklif etdi.
SDU-nun Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri, baş müəllim Nərmin Həsənova Təşkilat Komissiyasının iclaslarının silsilə şəklində davam edəcəyini bildirdi. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az