Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Fakültələrdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir
Fakültələrdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir
Bu gün Azərbaycan xalqının görkəmli oğlu, Ulu öndər Heydər Əliyevin Anım Günü böyük ehtiramla qeyd edilir. Bu münasibətlə Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə bütün fakültələrdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinin Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilməkdədir.
Keçirilən tədbirlərdə fakültə dekanları ümummilli liderin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, bu günümüz üçün qurulan möhkəm təməldən danışaraq qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu öndərin adı ilə sıx bağlıdır. Ulu öndər rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ulu öndərin 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Bugünkü Azərbaycan məhz həmin dövrdə yaradılan möhkəm təməl üzərində inkişaf edir, uğurla addımlayır. Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin onun layiqli davamçısı möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etmiş oldu. Ulu öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı müasir Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf edir. 
Digər natiqlər və tələbələr də çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik xüsusiyyətlərindən, xalqına məhəbbətindən, gənclərə olan diqqət və qayğısından bəhs edərək vurğulayıblar ki, Heydər Əliyev dahi bir şəxsiyyət və böyük ideyaların müəllifi kimi nəsildən-nəslə Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az