Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ADPU-nun Tələbə Gənclər Təşkilatı SDU-nun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib
ADPU-nun Tələbə Gənclər Təşkilatı SDU-nun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirib
Dekabrın 8-də Opera studiyasında Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatı (ADPU TGT) və Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının (BMA TGT) təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Səbail rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Xasay Vəliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) əməkdaşı Ülvi Quluzadə, ATGTİ-nin əməkdaşı Fidan Həsənova, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının (BMA TGT) sədri Nihat Ağayev, Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (SDU TGT) sədri Elmin Novruzlu, bir sıra universitet və kolleclərin təşkilat sədrləri və 750-dən çox tələbə iştirak etdi.
Tədbir Azerbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən ADPU TGT sədri Təhmasib İmaməliyev bildirdi ki, ölkənin elmi-intellektual potensialının inkişafına əvəzsiz töhfələr vermiş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə təhsildə uğurlu addımlar atmış, yarandığı vaxtdan etibarən üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir.
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elmin Novruzlu qonaqları salamladı, rektor professor Elxan Hüseynovun salamlarını çatdırdı və universitetdə yubileylə əlaqədar görülən işlər barəsində ətraflı məlumat verdi. Həmçinin o, Sumqayıt Dövlət Universitetinin həm Azərbaycanın təhsil sektorunda, həm də gənclərin fəaliyyətində verdiyi töhfələrdən, qoyduğu izdən söz açaraq Sumqayıt Dövlət Universitetinin hər bir tələbənin doğma məkanına çevrildiyini vurğuladı.
Daha sonra ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Sumqayıt", "Heyratı", "Qarabağ inciləri", "Xudayar təsnifi", "Azərbaycan", "İncə bellim" və "Gilavar" mahnıları ifa olundu, Bakı Musiqi Akademiyasının tələbələri tərəfindən "Oxu tar", "Komdenin arzuları",  "Ana", "Mən səni araram" "3-cü prelud", "Parafraz", "Skretso", "I will survive" musiqi nömrələri səsləndirildi, ADPU TGT-nin "İnci" rəqs qrupunun təqdimatında xalq rəqsi nümayiş edilmişdir.
Tədbir ADPU TGT-nin "Buta" instrumental musiqi ansamblının təqdimatında "Şur rəngi" mahnısının ifası ilə yekunlaşdırıldı. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az