Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşı Elm və Təhsil Nazirliyinin tədbirində iştirak etdi
SDU-nun əməkdaşı Elm və Təhsil Nazirliyinin tədbirində iştirak etdi
Dekabrın 13-də  Elm və Təhsil Nazirliyinin ali təhsil müəssisələrinin Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə fəaliyyət göstərən məsul şəxsləri ilə ənənəvi görüşü hibrid formatda keçirildi.
Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, ali təhsil müəssisələrində Beynəlxalq əlaqələr üzrə prorektorlar və bu sahədə fəaliyyət göstərən müvafiq struktur rəhbərləri iştirak etdilər.
Görüşün məqsədi Azərbaycan ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi prosesində mövcud vəziyyəti, əcnəbilərin ölkəmizdə təhsili, prosesin idarə olunması, təşviqi, yeni çağırışları müzakirə etmək, ali təhsil müəssisələrinin beynəlxalq fəaliyyətinin Elm və Təhsil Nazirliyi ilə daha səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək idi.
Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov görüşü açaraq qonaqları salamladı və ali təhsil müəssisələrinin beynəlmiləlləşməsinin dövlətin təhsil strategiyasının mühüm prioritetlərindən biri olduğunu diqqətə çatdırdı.
Daha sonra Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev əcnəbi tələbələrin məmnuniyyəti ilə bağlı apardığı tədqiqat çərçivəsində əldə olunan nəticələrlə bağlı onlayn formatda təqdimatla çıxış etdi. Region universitetlərindəki tələbə məmnuniyyəti ilə bağlı çıxış edən Aqşin Əliyev Sumqayıt Dövlət Universitetinin paytaxta yaxın yerləşməsinin üstünlüyünü vurğuladı və qeyd etdi ki, burada yaşam xərclərinin paytaxta nisbətdə aşağı olması əcnəbi tələbələrə geniş imkanlar açır.
Görüşün sonunda iştirakçıların sualları Elm və Təhsil Nazirliyinin nümayəndələri tərəfindən cavablandırıldı.
Tədbirdə Sumqayıt Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva təmsil edirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az