Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da TEC-in hesabat-seçki konfransı keçirildi
SDU-da TEC-in hesabat-seçki konfransı keçirildi
Dekabrın 20-də Sumqayıt Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin hesabat-seçki konfransı keçirildi.
Konfransı Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov açaraq ali təhsil ocağının hərtərəfli inkişafından, TEC-in fəaliyyətindən, əhəmiyyətindən və bu işdə tələbələrin rolundan danışdı. Bildirdi ki,  elmi-tədqiqat işləri bu gün ölkə iqtisadiyyatında mühüm rola malikdir. Belə ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərlə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri də əhəmiyyətli rol oynayır. Tələbələrin elmi-tədqiqat işinə cəlb olunması ali məktəblərdə fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyətləri vasitəsilə həyata keçirilir.
Prorektor onu da diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universitetində tələbələrin elmə olan maraqlarının artırılması, elm sahəsində uğurların əldə edilməsi, onların elmi fəaliyyətlə məşğul olması üçün geniş imkanlar yaradılıb. SDU-da TEC-in fəaliyyətini yüksək qiymətləndirən professor Ramazan Məmmədov tələbələrimizin universitetdaxili və universitetdənkənar müxtəlif tədbirlərdə qazandıqları uğurların gündən-günə artdığını xüsusi qeyd etdi. Bildirdi ki, Tələbə Elmi Cəmiyyətinin üzvləri respublika və beynəlxalq səviyyəli mötəbər konfranslarda fəal iştirak edərək uğurlu nəticələr əldə edirlər.
Professor Ramazan Məmmədov bu istiqamətdə hər bir gənci cəmiyyətin təşkil etdiyi tədbirlərdə daha fəal olmağa çağıraraq iştirakçılara uğurlar arzuladı.
TEC-in elmi rəhbəri Lalə Bunyatova çıxış edərək Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin uğurlarından bəhs etdi və bildirdi ki, bu uğurumuz universitet rəhbərliyinin gərgin əməyinin nəticəsidir. Tələbə Elmi Cəmiyyəti tələbələrin bilik səviyyəsini, tədrisin stimulunu artırmaq məqsədilə onlarla qarşılıqlı iş qurur, gəncləri elmi tədqiqatlara cəlb edir.
TEC-in şura sədri Şəfa İsayeva TEC-in illik fəaliyyətinin hesabatını verdi. Konfransın gedişatı və strukturu haqqında məlumat verərək universitetdə gənclərə olan qayğıdan, tələbələrin uğurlarından və Tələbə Elmi Cəmiyyətinin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, fəaliyyətləri ildən-ilə daha da genişlənir. İllik hesabatdan o da aydın  görünür ki, tələbələr elmi və ictimai fəallıqlarının təşkil olunması istiqamətində səylə çalışır, respublikamızın və xarici ölkələrin müxtəlif təhsil ocaqlarında keçirilən konfrans, festival, tədbirlərdə universitetimizi layiqincə təmsil edirlər.
Hesabatdan sonra konfrans işini TEC-in şura üzvlərinin seçkisi ilə yekunlaşdırdı. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az