Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Ali təhsil müəssisələri arasında SDU-nun 60 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vuruldu
Ali təhsil müəssisələri arasında SDU-nun 60 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vuruldu
İdmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilib. Dövlətimizin bu sahəyə diqqəti idmanda böyük nailiyyətlərlə müşayiət olunur. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı Sumqayıt Dövlət Universitetinin idman həyatına da əhəmiyyətli təsir göstərib. İdmançı tələbələrimiz yüksək diqqət və qayğıdan ruhlanaraq ölkəmizi və universitetimizi layiqincə təmsil edir, çoxlu sayda medallar qazanırlar.
Dekabr ayının 3-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, AFFA, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “Azfar Group” QSC-nin dəstəyi ilə ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol üzrə ölkə çempionatına start verildi. Çempionatda 16 komanda arasında Sumqayıt Dövlət Universitetinin minifutbol üzrə komandası da iştirak edirdi.
Dekabrın 20-də minifutbol turnirinə yekun vuruldu. Turnirin final mərhələsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Bakı Dövlət Universitetinin tələbələri qarşılaşdılar.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 2:1 hesabı ilə qalib gəldi.
Turnirin sonunda mükafatlandırma mərasimi keçirildi. Yarışın ən yaxşı qapıçısı, ən yaxşı müdafiəçisi və ən yaxşı hücumçusu nominasiyaları üzrə qaliblərə mükafatlar təqdim olundu.
Mükafatları idmançılara Elm və Təhsil Nazirliyinin, Sumqayıt Dövlət Universitetinin, AFFA-nın və digər qurumların rəsmiləri təqdim etdilər.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında minifutbol idman növünü təbliğ etmək, perspektivli idmançıları aşkarlamaq və onların peşəkarlardan ibarət komandalara cəlb edilməsinə zəmin yaratmaqdan ibarətdir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az