Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ADA Universiteti ilə əməkdaşlıq edir
Sumqayıt Dövlət Universiteti ADA Universiteti ilə əməkdaşlıq edir

Yüksək təhsil səviyyəsinə malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır. Müasir dövrdə ölkələrin uğurlu və davamlı iqtisadi yüksəlişi insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilir. Bu gün  sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Sumqayıt Dövlət Universiteti də təhsildə akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyini nəzərə alaraq  digər universitetlərlə əməkdaşlığını genişləndirir. Ölkəmizin ali təhsil həyatında xüsusi yeri olan ADA Universitetinin layihəsi əsasında xaricdən dəvət olunmuş professorlar universitetimizdə  silsilə mühazirələr ilə çıxış edirlər.  Oktyabrın 28-də İqtisadiyyat və idarəetmə fakültəsində Dr. Mukhammadfoik Bakhadirov “Qərarların verilməsi; Şəxsiyyət, emosiyalar və motivasiya; Liderlik; Kommunikasiya bacarıqları; Dəyişikliklərin idarə olunması; Qrup dinamikası” mövzularında  ingilis dilində mühazirə oxudu. Mühazirə tələbələrin marağına səbəb oldu.
Onu da qeyd edək ki, gələcəkdə hər iki universitet arasında belə uğurlu layihələrin və müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az