Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Şuşa ili”nə həsr olunmuş V debat-natiqlik turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirildi
SDU-da “Şuşa ili”nə həsr olunmuş V debat-natiqlik turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirildi
Dekabrın 24-də Tələbə Gənclər  Təşkilatı və Debat klubunun təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “Şuşa İli”nə həsr olunmuş “Dövlətlərarası münasibətlərin tənzimlənməsində təşkilatlar mühüm rol oynayır” mövzusunda V debat-natiqlik turnirinin final mərhələsi keçirildi.
Mərasimi SDU-nun  Debat klubunun sədri Anar Qurbanov açaraq iştirakçıları salamladı və “Dövlətlərarası münasibətlərin tənzimlənməsində təşkilatlar mühüm rol oynayır” mövzusunda debat-natiqlik turniri haqqında ətraflı məlumat verdi, proqramın məqsədindən və proqram çərçivəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Debat forumuna 26 komanda qatılıb.
Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətinin hakimləri də müşahidə edirdilər. Filologiya fakültəsinin “Daşaltı”, Tarix və coğrafiya fakültəsinin “İstiqlal” komandaları hamıdan güclü olduqlarını sübut edərək finala vəsiqə qazandılar.
Sonra finalda “Daşaltı” və “İstiqlal”  komandalarının yarışına start verildi. Nəticədə, “İstiqlal” komandası qalib oldu.
Bağlanış mərasimində universitetin prorektoru dosent Elmar Xəlilov çıxış edərək iştirakçıları salamladı, qalib komandanı təbrik etdi, “Şuşa ili” münasibətilə keçirilən silsilə tədbirlər barədə məlumat verdi. Debat klubunun fəaliyyətini yüksək qiymətləndirdi, debatların gənclərin inkişafında mütəsna rolundan, ölkədə aparılan gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan bəhs etdi. Bildirdi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin  fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Bu gün gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq  sahəsində uğurlar qazanaraq  Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.
Debat Vətəndaş Cəmiyyətinin sədri Ülviyyə Axundova və Tələbə Gənclər Təşkilatının sədri Elmin Novruzlu debatın tələbələrin gələcək həyatı üçün əhəmiyyətindən söhbət açaraq debat mədəniyyətinin gənclərin dil qabiliyyətinin artırılmasında, natiqliyin zənginləşməsində, gələcək peşə fəaliyyətlərində və eləcə də bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını bildirdilər və debat iştirakçılarına uğurlar arzuladılar.
Sonda qalib komandaya kubok və medal, ən yaxşı natiqlərə medal, bütün iştirakçılara  isə sertifikatlar təqdim edildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az