Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “İnsan-kompüter qarşılıqlı münasibətlərin psixoloji aspektləri” mövzusunda təqdimat keçirilib
SDU-da “İnsan-kompüter qarşılıqlı münasibətlərin psixoloji aspektləri” mövzusunda təqdimat keçirilib
Dekabrın 26-da Mühəndislik fakültəsinin təşkilatçılığı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun 2022-ci il Fəaliyyət Planının “Müəssisə və təşkilatlarda heyətin İKT bacarıqlarının artırılması və rəqəmsal savadlılıq sahəsində tədbirlərin görülməsi” bəndinin icrası ilə bağlı “İnsan-kompüter qarşılıqlı münasibətlərin psixoloji aspektləri”  mövzusunda təqdimat keçirildi.
Mühəndislik fakültəsinin dekan müavini, İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Svetlana Əhmədova “İnsan-kompüter qarşılıqlı münasibətlərin psixoloji aspektləri mövzusunda təqdimatla çıxış edərək mövzunun əhəmiyyətindən danışdı. Bildirdi ki, İnformasiya-kommunikasiya texnologiyaları dövrün ən başlıca tələblərindən biridir. Bu gün demək olar ki, bütün sahələrdə yeni nəsil texnologiyaların xidmətindən istifadə edilir. Dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadi və sosial sahələr, elm və təhsil, mədəniyyət və digər sahələr informasiya-kommunikasiya texnologiylarının təsir dairəsindədir. Hazırda demək olar ki, hər kəs internet istifadəçisidir. İnternet hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır və indiki dövrdə demək olar ki, əlçatmaz informasiya yoxdur. Bu, yeni dövrün reallıqlarıdır. İnsanlar kompüterlərlə bir çox cəhətdən qarşılıqlı əlaqə qurur, insanlar və kompüterlər arasındakı interfeys bunu asanlaşdırmaq üçün çox vacibdir. İnsan-kompüter qarşılıqlı təsiri insanların hesablama sistemlərindən və infrastrukturlarından istifadə etmə və ya etməmə üsullarını araşdırır.
Sonra Svetlana Əhmədova informasiya-kommunikasiya texnologiyalarının təhsildə rolu barədə ətraflı məlumat verdi. Ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını bildirən dekan müavini təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğuladı. O, bildirdi ki, son zamanlar kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ilə bağlı yeni ixtisaslar açılıb. Çoxlu sayda gənclər bu istiqamətlərdə ali məktəblərə qəbul olunur, həmin peşələrə yiyələnirlər. Əmək bazarının özündə də bu kadrlara çox böyük ehtiyac var. Bu gün Azərbaycanda ən çox tələb olunan ixtisaslar proqramçılar, kompüter mühəndisləri, informasiya təhlükəsizliyi mütəxəssisləridir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetində tədris elektronlaşıb, universitetin elektronlaşması istiqamətində ciddi işlər aparılır və  universitetdə bir çox ixtisaslar yaradılıb.
Daha sonra iştirakçıların çoxsaylı sualları məruzəçi tərəfindən ətraflı cavablandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az