Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Enactus Azərbaycan beynəlxalq proqramının info-sessiyası keçirildi
SDU-da Enactus Azərbaycan beynəlxalq proqramının info-sessiyası keçirildi
Dekabrın 26-da Sumqayıt Dövlət Universitetində Enactus Azərbaycan proqramının info-sessiyası baş tutdu.
SDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev iştirakçıları salamlayaraq tədbiri açdı. "Enactus Azərbaycan" proqramının direktoru Rəşad Zeynalovu tədbir iştirakçılarına təqdim etdi, Universitetin rektoru professor Elxan Hüseynovun salamlarını və tələbələrə yeni layihəlrdə daha aktiv iştirak etmələri barədə tövsiyələrini çatdırdı. SDU-nun Enactus komandasının fəaliyyətindən, bu sahədə həyata keçirilmiş layihələrdən, proqramın gənclər üçün əhəmiyyətindən, tələbələrin bu layihələrə artan marağından danışdı. Qeyd etdi ki, gələcəyini düşünən hər bir dövlətin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini məhz rasional gənclər siyasəti təşkil edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, gənclərimiz dövlətimizin daim qayğı və dəstəyin hiss edirlər. Enactus gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirən dünyanın ən böyük təcrübə öyrənmə platformasıdır, gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrin həyata keçirilməsinə şərait yaradır və azad sahibkarlığı təbliğ edir.
Sonra çıxış üçün söz SDU-nun Enactus komandasının kapitanı Şəfa İsayevaya verildi, o da çıxışında bildirdi ki, dünyanın 34 ölkəsindən minlərlə tələbəni birləşdirən “Enactus” proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə ölkəmizdə həyata keçirilməkdədir. SDU-da silsləli şəkildə layihələr icra edir. “Enactus” proqramının tələbəyönümlü siyasətini nəzərə alaraq, hər il ölkəmizin ali və orta təhsil müəssisələrini təmsil edən “Enactus” komandaları Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində layihələr hazırlayaraq Milli Çempionat və Dünya Kubokunda mübarizə aparırlar. SDU-nun Enactus komandası belə müsabiqələrdə bir neçə dəfə 2-ci və 3-cü yerlərə layiq görülmüşdür.
SDU-nun magistrantı Seymur Talıbov “Hand made store” layihəsinin təqdimatını edərək layihə barədə ətraflı məlumat verdi və bu layihə maraqla qarşılandı.
Daha sonra "Enactus Azərbaycan" proqramının ölkə üzrə proqram direktoru Rəşad Zeynalova söz verildi. O, komandaların formalaşdırılması, hazırlanacaq layihələrin meyarları və hər il təşkil olunan Milli yarış və Dünya Kuboku barəsində də danışdı. “Enactus” proqramı çərçivəsində ölkəmizdə müntəzəm olaraq müxtəlif sahələri əhatə edən tədbirlər həyata keçirilməkdədir. Belə ki, cari ilin 18 iyul tarixində Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə təşkilatçılığı və “BP Azərbaycan” şirkətinin baş sponsorluğu ilə “Enactus Azərbaycan” milli yarışı həyata keçirilmişdir. Milli yarışda 17 ali və orta ixtisas təhsil müəssisəsi üzrə komandalar 6 mindən çox insanı əhatə edən 36 fərqli sosial sahibkarlıq layihəsini təqdim etmişdir. Gənclərin innovativ layihələrə cəlb edilməsinin, sahibkarlıq ideyasının tələbələr arasında təbliğ edilməsinin önəmini vurğulayan R.Zeynalov yüksək potensiala malik olan SDU-nun “ENACTUS” komandasına uğurlar arzuladı.
Görüşdə Tələbə Elmi Cəmiyyətinin rəhbəri dosent Lalə Bunyatova, Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, Dünya iqtisadiyyatı və marketinq kafedrasının dosenti Şəfiqə Məmmədova, Filologiya fakültəsinin Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi Afət Rəfiyeva iştirak etdilər.
İnfo-sessiya sual-cavab ilə yekunlaşdı. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az