Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olundu
SDU-da 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd olundu
Dekabrın 27-də Sumqayıt Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi.
Əvvəlcə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş videoçarx nümayiş olundu.
Tədbiri universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamlarını və təbriklərini çatdırdı, bu əlamətdar günün əhəmiyyətindən, Dünya Azərbaycanlılarının birlik və həmrəyliyindən söz açdı. O, bu tarixi günün qeyd olunmasında respublikanın inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsindən və bununla bağlı uğurlu dövlət siyasətindən danışdı. Ulu öndərin milli həmrəylik və azərbaycançılıq amalının şüurlarımızda möhkəm yer tutmasına yönəlmiş uzaqgörən siyasətinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə davam etdirildiyini bildirdi.
Prorektor onu da qeyd etdi ki, 2022-ci il həm ölkəmiz üçün, həm də universitetimiz üçün uğurlu illərdən biri oldu. İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Belə ki, Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi yüksək səviyyədə qeyd olundu, universitetimizin bir qrup əməkdaşı Prezident cənab İlham Əliyev tərəfindən “Əməkdar müəllim” və “Tərəqqi” medalları ilə təltif edildi. Əlbəttə ki, bu dövlət başçımızın bizim əməyimizə verdiyi qiymət, bizə etimadın böyük göstəricisidir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı ürəkdən təbrik edən dosent Natiq Talıbov hər kəsə möhkəm cansağlığı, ailə səadəti, könül xoşluğu, doğma Azərbaycanımıza nurlu sabahlar arzuladı.
Tədbir tələbələrimizin ifaları, universitetin “Səma” rəqs qrupunun maraqlı rəqs nömrələri və eləcə də incəsənət nümayəndələrinin təqdim etdikləri geniş konsert proqramı ilə davam etdi. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az