Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da ictimaiyyəti məlumatlandırma fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilmişdir
SDU-da ictimaiyyəti məlumatlandırma fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilmişdir
Sumqayıt Dövlət Universitetində dekabr ayının 19-dan 29-dək universitetin əməkdaşları və tələbələri arasında anonim və şəffaf şəkildə Sumqayıt Dövlət Universitetinin ictimaiyyəti məlumatlandırma fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilmişdir. Sorğunun keçirilməsində əsas məqsəd SDU-nun ictimaiyyəti məlumatlandırma fəaliyyətinin mütəmadi olaraq izlənilməsi, təhlili və təkmilləşdirilməsindən ibarətdir. Ümumilikdə sorğuda 1700 nəfər iştirak etmişdir. Nəticələrə əsasən universitetin fəaliyyəti ilə bağlı informasiyaları əməkdaşların 84%-i universitetin rəsmi saytından, tələbələrin 49,3%-i isə universitetin sosial şəbəkə hesablarından əldə edirlər. Əməkdaşların 49,2 %-i universitetin rəsmi saytının fəaliyyətini “əla”, tələbələrin isə 50,8%-i “yaxşı” qiymətləndirib. Əməkdaşların 49,2%-i, tələbələrin isə 49,4 %-i  universitetin rəsmi sosial şəbəkə hesablarının fəaliyyətini “yaxşı” qiymətləndiriblər. 
Sumqayıt Dövlət Universitetinin rəsmi saytının funksionallığını və hədəf auditoriyası arasında populyarlığını artırmaq məqsədilə 23 may 2022-ci il tarixində SDU-nun rəsmi internet saytı yeni formatda və sistemləşdirilərək oxucuların istifadəsinə verilib. Universitetin rəsmi saytının formatının yenilənməsindən sonra məlumatların əlçatanlığı əməkdaşlarımızın 89,3 %-ni, tələbələrin isə 77,2 %-ini tam qane edir. Universitetin fəaliyyəti ilə bağlı məlumatların əldə edilməsi və sorğuların cavablandırılmasının operativliyi əməkdaşların 89,3 %-ni, tələbələrin isə 80,8 %-ni tam qane edir.
Qeyd edək ki, aparılmış sorğu çərçivəsində universitetin ictimaiyyəti məlumatlandırma fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində iştirakçıların rəy və təklifləri dəyərləndiriləcək.
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az