Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Bakıda Heydər Əliyev Mərkəzində oldular
Tələbələrimiz Bakıda Heydər Əliyev Mərkəzində oldular

Oktyabrın 30-da universitetimizin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Tarix və Coğrafiya fakültəsinin bir qrup tələbəsi Bakıda Heydər Əliyev Mərkəzində oldular.
Tarix və coğrafiya fakültəsinin dekan müavini Osman Hacıyev tələbələrimizə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsi barədə ətraflı məlumat verdi.
Mərkəzdə Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövr, hakimiyyətdə olduğu illər fotolarda slayd şəklində öz əksini tapmışdır. Dahi rəhbərin müxtəlif dövrlərdə istifadə etdiyi xidməti avtomobilləri, hərbi formaları, andiçmə və ziyafət kostyumları, iş masası və digər ölkə rəhbərlərinin bağışladığı hədiyyələr tələbələrin marağına səbəb oldu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az