Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun prorektoru Bakı Biznes Mərkəzində “IT Hub Azerbaijan” layihəsində iştirak etdi
SDU-nun prorektoru Bakı Biznes Mərkəzində “IT Hub Azerbaijan” layihəsində iştirak etdi
Azərbaycan Respublikası Höküməti və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında AYİB-Azərbaycan Əməkdaşlıq Hesabı çərçivəsində İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub: Azerbaijanın informasiya və kommunikasiya (İKT) sektoruna birbaşa xarici investisiyanın cəlb edilməsi” adlı layihənin həyata keçirilməsinə start verilib.
Bu məqsədlə fevralın 7-də Bakı Biznes Mərkəzində müvafiq mərkəzin və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə “IT Hub Azerbaijan” layihəsi təqdim edildi. Layihənin məqsədi ölkəmizin regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlbinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə dəstək göstərməkdir.
4SİM-in təşkilatçılığı, müvafiq mərkəzin və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri Kamola Mahmudova, “StrategEast” müəssisəsinin təsisçisi və prezidenti Anatoli Motkin “IT Hub Azerbaijan” layihəsinin ölkəmizdə İT sahəsində bacarıqlı kadrların hazırlanmasında, xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli olacağını vurğulayaraq layihə barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verdilər.
4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəisi Cavid Abdullayev və StrategEast Mərkəzinin “IT Hub Azerbaijan” layihəsi üzrə layihə meneceri Helen Uvarenko tərəfindən layihənin müddəti, seçim prosesi, tədris olunacaq dərslər və digər məsələlər barədə təqdimatla çıxış etdilər. Sonra müzakirələr aparıldı, rəy və təkliflər dinlənildi.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində ilkin mərhələdə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası olmaqla, Azərbaycanın regionlarında 19-30 yaş kateqoriyasına aid gənclərin ödənişsiz şəkildə İT təlimlərində iştirak etməsi və proqramı uğurla bitirən gənclərin sırasından seçilmiş namizədlərin ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin edilməsi nəzərdə tutulur.
Təlimlər “StrategEast” müəssisəsinin təşkilatçılığı ilə “EPAM Systems” şirkətinin beynəlxalq ekspertləri tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda 11 ay müddətində onlayn şəkildə aparılacaqdır.
İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə 7 mart 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilərlər: bit.ly/3X1IXhy.
Qeyd edək ki, tədbirdə Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Qafar Atayev çıxış edərək SDU tələbələrinin və məzunlarının bu layihəyə qoşulması üçün hər cür şəraitin yaradılacağını vurğuladı. 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az