Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da 2022/23-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verildi
SDU-da 2022/23-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verildi
Dekabrın 30-da Sumqayıt Dövlət Universitetində payız semestrinin imtahan sessiyasına start verildi.
İmtahanlar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 16.12.2022-ci il tarixli F-721 saylı əmrinə müvafiq olaraq əyani formada keçirilir.
Rektor professor Elxan Hüseynovun müvafiq əmrinə əsasən imtahan sessiyası 30 dekabr 2022-ci il tarixindən 2 fevral 2023-cü il tarixinədək davam edəcək. İmtahanlar bütün fakültələrdə monitorinq formasında aparılacaq.
Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin tədris binalarında müraciət və təkliflər qutuları asılıb.
Payız imtahan sessiyasının gedişinə operativ nəzarət etmək məqsədilə nümayəndələrimiz: Beynəlxalq əlaqələr üzrəprorektor dosent Qafar Atayev Kimya və biologiya, Fizika və elekrtoenergetika fakültələri üzrə, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov Filologiya üzrə, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov Tarix və coğrafiya, İqtisadiyyat və idarəetmə, Mühəndislik və Riyaziyyat fakültələri üzrə təhkim olunublar. Bütün bunlarla yanaşı, universitetin rektoru professor Elxan Hüseynov şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin imtahanların gedişinə münasibəti ilə maraqlanır və tapşırıqlarını verir.
Sessiya müddətində universitetin Elmi kitabxanasında tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunması üçün lazımi şərait yaradılmışdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az