Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Fevralın 15-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı və  gündəlikdə olan məsələlər barədə məlumat verdi, universitetin tədris və elmi fəaliyyəti üzrə inkişafından danışdı. Sonra rektor Strateji İnkişaf Mərkəzinin direktoru Günel Paşayevanı kollektivə təqdim etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
2022/23-cü tədris ilinin yaz semestrində bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrin istehsalat təcrübəsi keçmələri haqqında Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinov, Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verərək diqqətə çatdırdılar ki, ixtisaslar üzrə təcrübələrin təşkili və keçirilməsi haqqında Əsasnamə, istehsalat təcrübəsinin təşkili və keçirilməsi haqqında qaydalar, eyni zamanda tələbələrin pedaqoji təcrübə gündəliyi və istehsalat təcrübəsi gündəliyi yeni formada hazırlanmışdır.
Magistratura pilləsi üzrə elmi tədqiqat və elmi pedaqoji təcrübələrin keçirilməsinə nəzarət Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilova, təcrübə keçiriləcək müəssisələrlə bağlanmış müqaviləyə uyğun olaraq tələbələrin yerləşdirilməsinə nəzarət Tədris Metodik Mərkəzin direktoru Faiq Şirinova və fakültə dekanlarına tapşırıldı.
Xocalı faciəsinin 31-ci ildönümünün keçirilməsi ilə bağlı SDU-da keçiriləcək tədbirlər haqqında Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov çıxış etdi, tədbirlər planı təsdiq edildi və “26 fevral Xocalı faciəsi” ilə əlaqədar planlaşdırılmış tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinə nəzarət Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilova tapşırıldı.
2022-2023-cü illərdə SDU-nun akademik mübadilə və beynəlxalq layihələrdə iştirakı haqqında məlumat verən Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev çıxış etdi. Avropa Birliyinə daxil olan ölkələrin universitetləri ilə əlaqələr və koordinator kimi KA2layihələrinin qazanılması istiqamətində aparılan işlərin daha da gücləndirilməsi Beynəlxalq əlaqələr və əcnəbi tələbələr şöbəsinə, Beynəlxalq Təhsil sərgilərində iştirak etməklə universitetin marketinq fəaliyyətinin genişləndirilməsi Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayevə tapşırıldı.
SDU tələbə-məzunlarının karyera imkanlarının xarici investorlar hesabına gücləndirilməsi haqqında məlumat verən dosent Qafar Atayev 19-30 yaş tələbə və məzunların portal üzərindən layihəyə qoşulması istiqamətində işlərin səmərəli təşkil olunması üçün məlumatlandırılmanın  fakültə dekanları və Karyera Mərkəzinə tapşırıldığını bildirdi.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az