Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt şagirdləri “Sabahın alimləri” XII Respublika müsabiqəsinin qalibləri sırasında
Sumqayıt şagirdləri “Sabahın alimləri” XII Respublika müsabiqəsinin qalibləri sırasında
Fevralın 15-də “Sabahın alimləri” XII respublika müsabiqəsi başa çatıb.
Xatırladaq ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil İnstitutu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, həmçinin “BP Azərbaycan” şirkətinin təşkilatçılığı ilə baş tutub.
Mərasimdə elm və təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.
Tədbirdə I, II və III yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə isə sertifikatlar təqdim edilib.
Sumqayıt şəhər ümumtəhsil məktəbləri  müsabiqədə Sumqayıt Dövlət Universiteti (SDU) İnnovasiya Yaradıcılıq Mərkəzinin elmi dəstəyi ilə iştirak edib. “Sabahın alimləri” Respublika müsabiqəsində Sumqayıt şagirdlərinə rəhbərlik edən SDU-nun professoru Cavanşir Məmmədov bildirdi ki, məktəblilərin müsabiqədə iştirakı uğurlu olub.
Qeyd edək ki, sumqayıtlı məktəblilər ekologiya, mühəndislik, tibb və sağlamlıq, biologiya, kompüter elmləri, kimya ixtisasları üzrə 1 qızıl, 3 gümüş, 3 bürünc medal qazanıb.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az