Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | BMT Sülh Təşkilatının nümayəndələri Sumqayıt Dövlət Universitetində oldular
BMT Sülh Təşkilatının nümayəndələri Sumqayıt Dövlət Universitetində oldular
Fevralın 17-də HWPL BMT-nin Qlobal Rabitə Departamenti ilə əlaqəli və BMT-nin İqtisadi və Sosial Şurası ilə Xüsusi Məşvərət Statusunda olan Koreyada yerləşən qeyri-hökumət sülh təşkilatı HWPL-in Sumqayıt Dövlət Universitetində görüşü oldu.
Tədbirdə təşkilatın Avropa layihələri üzrə filialının diektoru Kate Shin, baş menecer Luna Kim, layihə koordinatoru Brian Hong, SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov, Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov, Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova və digərləri iştirak etdilər.
Görüşü Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev açaraq qonaqları salamladı, universitet haqqında müfəssəl məlumat verdi və görüş çərçivəsində Koreyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıqların qurulmasında, beynəlxalq layihələrdə tərəfdaşlıq edilməsində HWPL təşkilatının dəstəyinə ümid etdiyini vurğuladı. Daha sonra təşkilatın direktoru Kate Shin öz müəssisələrinin fəaliyyətini təsvir edən geniş prezentasiya ilə çıxış etdi. Prezentasiyadan sonra tədbir dəyirmi masada sual-cavab sessiyası şəklində davam etdi.
Tədbirin məqsədi təşkilatın 2022-ci ildə BMT ̶ Azərbaycan tərəfdaşlığının 30-cu ildönümü ilə əlaqədar olaraq, sülh quruculuğu, təhlükəsizlik və insan hüquqlarının inkişafı, xüsusilə beynəlxalq münasibətlər, təhsil, din və gənclərin inkişafı sahəsində göstərdiyi fəaliyyətlər barədə SDU-da təqdimat etmək idi.
HWPL təşkilatı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verməklə, eləcə də münaqişələrdən azad, davamlı sülh dünyası yaratmaqla, milli, mədəni və ya ideoloji sərhədlərlə məhdudlaşmadan bütün dünyada həyatın bütün təbəqələri ilə birlikdə sülh fəaliyyəti həyata keçirir. Məlumdur ki, əhalinin 1/3-ni gənclərin təşkil etdiyi Azərbaycanda, onların imkan və hüquqlarının dəstəklənməsinə, təmin edilməsinə və qorunmasına xidmət edən dövlət siyasəti gənclərin parlaq gələcəyini təmin edir. Təşkilatın əsas missiyası “Sülhün təşviqi üzrə təhsil” sahəsində gənclər təşkilatları və müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq yaratmaqdır.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az