Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “#codeforfuture” layihəsində iştirak üçün seçim imtahanı keçirildi
SDU-da “#codeforfuture” layihəsində iştirak üçün seçim imtahanı keçirildi
Xəbər verdiyimiz kimi, Sumqayıt Dövlət Universitetində Elm və Təhsil Nazirliyi ilə Code Academy Tədris müəssisəsinin birgə təşkilatçılığı və Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə #codeforfuture layihəsinin həyata keçirilməsinə başlanılmışdır.
Bu məqsədlə qeydiyyatdan keçən 143 tələbə ilkin şərtlər nəzərə alınmaqla portal üzərindən imtahanlara dəvət edildilər. Bu gün - 18.02.2023-cü il tarixində seçim imtahanı keçirildi. İmtahanlardan yüksək bal toplayan namizədlərə proqrama qəbul ilə bağlı e-mail ünvanlarına məlumat göndəriləcəkdir.
Layihəyə qoşulmaq üçün imtahanlarda iştirak edən bütün tələbələrə uğurlar arzulayırıq!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az