Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetində "Heydər Əliyev İli" çərçivəsində bilik yarışı keçirildi
Sumqayıt Dövlət Universitetində "Heydər Əliyev İli" çərçivəsində bilik yarışı keçirildi
Fevralın 27-də Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə tələbələr arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş  intellektual bilik yarışı keçirildi.
Tədbirdə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, onun əziz xatirəsi hər gün, hər zaman anılır. Bilik yarışının keçirilməsində də əsas məqsəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılmasından ibarətdir.
Tarix və coğrafiya fakültəsinin dekan müavini Fəridə Cəbrayılova, TGT-nin sədri Elmin Novruzlu və Elmi kitabxananın əməkdaşı Xatirə Əliyeva çıxış edərək qeyd etdilər ki, Azərbaycanın inkişafı və əldə etdiyi uğurlar Ulu Öndər Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamız əsrlərə bərabər inkişaf yolu keçmişdir. Ümummilli Liderin şah əsəri olan Azərbaycan onun ideyaları əsasında günbəgün möhkəmlənir, inkişaf edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, bir sözlə, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınaraq, inkişafın Azərbaycan modelinin mövcudluğunu dünyaya nümayiş etdirir. Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən bu uğurlar dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündə öz təsdiqini tapır. Ulu Öndərin 100 illik yubileyinin yüksək əhval-ruhiyyədə keçirilməsi də bu sevgi və ehtiramdan qaynaqlanır.
Sonra intellektual bilik yarışına start verildi. Yarışda I yerə 852 a qrup tələbəsi Fatimə Əlimərdanlı, II-yerə 853-cü qrup tələbəsi Orxan Baloğlanlı, III yerə isə 851-ci qrup tələbəsi Nəriman Sədrəddinli layiq görüldülər. Sonda qaliblər mükafatlandırıldı, komandaların hər bir üzvünə iştirakçı sertifikatları təqdim edildi.
Qeyd edək ki, yarış 3 turda keçirildi. Hər turda Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin rəhbərliyi ilə ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatları əks etdirən 12 sual səsləndirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az