Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev İli”nə həsr olunmuş elmi-praktik konfrans keçirildi
SDU-da “Heydər Əliyev İli”nə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Fevralın 28-də Sumqayıt Dövlət Universitetində “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir” mövzusunda elmi-praktik konfrans keçirildi.
Əvvəlcə  Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş edildi.
Konfransı giriş sözü ilə Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov açaraq iştirakçıları salamladı və müdrik rəhbər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin şərəfli ömür yolundan, xalqımıza və vətənimizə göstərdiyi əvəzsiz xidmətlərdən bəhs etdi. Bildirdi ki, bu gün ölkəmizin gələcəyinə Ulu Öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin siyasəti birmənalı təminat verir. Ona görə də bu siyasəti dərindən öyrənmək və təbliğ etmək vacibdir. Bugünkü konfrans da, məhz buna həsr edilib. Dekan dosent Mahal Muradov onu da vurğuladı ki, Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidməti ilə seçilən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yazan Liderdir. Ulu Öndərin milli dövlətçilik maraqlarına yönələn zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 34 ildən artıq bir dövrü Ulu Öndərin adı ilə bağlıdır. Heydər Əliyev xalqı tarixin ən çətin sınaqlarından çıxararaq, dövlətimizin tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. 1969–1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələrdən birini təşkil edir. Xalqımızın həyatında elə bir sahə yoxdur ki, o sahədə Heydər Əliyevin əvəzsiz rolu olmasın. Gənc nəsil də Ulu öndər Heydər Əliyevdən, sözün əsl mənasında, böyük qayğı görmüşdür. Gənclərin hərtərəfli inkişafında, onların milli kadr kimi formalaşmasında dahi şəxsiyyət əlindən gələni əsirgəməmişdir. 
Sonra Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları kafedrasının baş müəllimi Samin Qocayev “Heydər Əliyev Müstəqil Azərbaycanın  banisidir” mövzusunda geniş məruzə ilə çıxış etdi. Bildirdi ki,  Heydər Əliyev Azərbaycan xalqının tarixində şanlı salnamələr açmışdır. Bu gün Heydər Əliyev dühası həyatının mənasını xalqa və dövlətə təmənnasız xidmətdə görən, bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət atası kimi hər bir azərbaycanlının qəlbində yaşayır və dərin rəğbətlə yad edilir. Müasir Azərbaycan tarixinin bütöv bir epoxası, önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Sonra fakültənin tələbələri: İpək Yusmayeva, Sevinc Məmmədova “Xalq üçün doğulan böyük şəxsiyyət”, Banuçiçək Salmanova “ Ulu Öndərin köklü islahatları”, Nərmin Abdurahmanlı “Tarix yazan şəxsiyyət”, Aysənəm Əlixanova “Tarix yaradan şəxslər, xalqının taleyini dəyişdirə bilən şəxsiyyətlərdir” mövzularında çıxış edərək bütün həyatını xalqına həsr edən Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdilər.     
Sonda fakültənin tələbəsi Aydan Rəhimli Ulu Öndərə həsr olunmuş “Heydər Əliyevin izi ilə”şerini səsləndirdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az