Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Keyfiyyət təminatı üzrə komissiyasının ilk iclası keçirildi
SDU-nun Keyfiyyət təminatı üzrə komissiyasının ilk iclası keçirildi
Fevralın 28-də SDU-nun daxili keyfiyyət təminatı mexanizminin yaradılması, səmərəli və müasir təhsil mühitinin inkişafı, universitetin fəaliyyətinə dair illik Özünütəhlil Hesabatının hazırlanması, SDU-nun Strateji İnkişaf Planının hədəflərinin yerinə yetirilməsi məqsədilə yaradılmış Keyfiyyət təminatı üzrə komissiyasının ilk iclası keçirildi.
İclası komissiyanın sədri, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov açıq elan edərək, SDU-da təhsilin normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təminatı istiqamətində geniş tədbirlərin həyata keçirilməsi barədə məlumat verdi və komissiyanın iclaslarının hər ay keçiriləcəyini  bildirdi.  
Komissiyanın katibi, SDU-nun Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri baş müəllim Nərmin Həsənova Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli, 13 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda Azərbaycanın inkişaf  konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabətqabiliyyətli təhsil sisteminin qurulması istiqamətində strateji hədəflər və tədbirlər barədə danışdı. Bildirdi ki, məhz bu vəzifələrin həyata keçirilməsini təmin etmək məqsədilə 2020-ci ildə Sumqayıt Dövlət Universitetinin Strateji İnkişaf Proqramı qəbul olunmuş, 2020 ̶ 2025-ci illəri əhatə edən dövr üçün universitetin inkişafının 7 əsas strateji istiqaməti müəyyən edilmişdir. Strateji istiqamətlərdə əsas hədəflər və onlara uyğun təd­birlər müəyyənləşdirilmişdir. Nərmin Həsənova strateji hədəflərin həyata keçirilməsi ilə bağlı tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət, görülmüş işlərin ekspertizasını həyata keçirmək və müvafiq hesabatlar hazırlamaq məqsədilə tərtib edilən komissiyanın Fəaliyyət planı barədə məlumat verdi. Sonra Fəaliyyət planı üzrə komissiya üzvləri arasında iş bölgüsü aparıldı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az