Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şou-debat keçirildi
SDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şou-debat keçirildi
Martın 3-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının Debat klubunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şou-debat keçirildi.
Tədbirdə tələbələr, debatsevərlər, Debat klubunun fəal üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov “Heydər Əliyev İli” çərçivəsində universitetdə silsilə tədbirlərin keçirildiyini dedi, müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlara imza atmış və bundan sonra da atacaqdır.
Sonra SDU-nun TGT sədri Elmin Novruzlu çıxış edərək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün ölkə həyatında elə bir sahə yoxdur ki, Heydər Əliyevin izi, imzası olmasın.Təbii ki, həm sosial iqtisadi, elmi, həm də mədəni, siyasi sahələrdə əldə etdiyimiz bütün uğurların, nailiyyətlərin təməlində Heydər Əliyevin müdrik siyasəti və uzaqgörən fəaliyyəti olub. Gənclər siyasəti də Heydər Əliyevin fəaliyyətində xüsusi yer tutur. Bu gün Azərbaycanda milli gənclər siyasətinin inkişafı, onların maraqlarının təmin olunması, idarəçilik sistemində önə çəkilməsi, hüquqlarının qorunması dövlətimizin başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir. Ölkəmizin gənclər siyasəti dünyada bir model kimi qəbul olunur. Bu model hazırda bəzi ölkələr tərəfindən tətbiq edilir. Biz də dünya təcrübəsini öyrənir və uğurlu məqamları tətbiq etməyə çalışırıq. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin banisi olduğu uğurlu gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi sayəsində mümkün olub.
Daha sonra isə Elmin Novruzlu debatın mövzusunun aktuallığından bəhs edərək bildirdi ki, şou-debatın keçirilməsinin əsas məqsədi tələbələrə debat haqqında ətraflı məlumat vermək, onun mahiyyətini və tələbələrə nə kimi uğurlar qazandıra biləcəyini əyani şəkildə göstərmək, onların gələcək layihə və təlimlərə cəlb olunmasını təmin edərək peşəkar debatçıların yetişdirilməsinə kömək göstərilməsindən ibarətdir.
Tədbirin sonunda iştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşdülər.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az