Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Elmi Şuranın növbəti iclası keçirildi
Elmi Şuranın növbəti iclası keçirildi
Martın 3-də Sumqayıt Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirildi.
Universitetin rektoru, Elmi Şuranın sədri professor Elxan Hüseynov iclası giriş sözü ilə açaraq, şura üzvlərini, professor-müəllim heyətini salamladıqdan sonra universitetin bir qrup elmi dərəcə və elmi ad almış əməkdaşlarını Elmi Şura üzvləri adından təbrik etdi, onlara elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzuladı.
Sonra rektor gündəlikdəki məsələlər barədə məlumat verdi və iclasın gündəliyi təsdiq olundu.
Elm və innovasiyalar üzrə prorektor, SDU-nun İnstitusional akkreditasiyasına dair özünütəhlilin aparılması üzrə Təşkilat Komissiyasının sədri professor Ramazan Məmmədov SDU-nun institusional akkreditasiyası üzrə özünütəhlil hesabatı barədə görülən işlərdən, hesabatın istiqamətləri, bölmələri, hesabata əlavə olunan cədvəllər və digər sənədlər haqqında məlumat verdi. Bildirdi ki, ali təhsil müəssisələrinin akkreditasiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli KQ-05 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası Meyarları” əsasında həyata keçirilir. AR NK-nin 14 dekabr 2022-ci il tarixli 493 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq SDU-nun Özünütəhlil hesabatı və ona əlavə olunan sənədlər hazırlanmışdır. Özünütəhlil hesabatının və ona əlavə edilməli olan sənədlərin hazırlanmasında bütün fakültələr, şöbələr və digər struktur bölmələri qarşılıqlı əlaqədə və səmərəli fəaliyyət göstərmişlər. Prorektor Ramazan Məmmədov onu da qeyd etdi ki, SDU-nun akkreditasiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmış Akkreditasiya Komissiyası tərəfindən 17 aprel 2023-cü il tarixindən başlayacaq.
Sonra Sumqayıt Dövlət Universitetinin İnstitusional akkreditasiyasının keçirilməsi məqsədilə hazırlanmış Özünütəhlil hesabatı təsdiq edildi və 10 mart 2023-cü il tarixdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim olunmasının təmin edilməsi Təşkilat Komissiyasının sədri professor Ramazan Məmmədova tapşırıldı.
SDU-nun Təhsildə Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova Təhsildə Keyfiyyət Təminatı şöbəsinin akademik heyət arasında peşəkar inkişaf ilə bağlı keçirdiyi sorğunun təhlili və nəticələri barədə məlumat verdi. Qeyd etdi ki, SDU-nun Təhsildə Keyfiyyət Təminatı şöbəsi tərəfindən mütəmadi olaraq tələbələr, əməkdaşlar və akademik heyət arasında peşəkar inkişaf ilə bağlı keçirdiyi sorğuların nəticələrinə əsasən məmnunluq səviyyəsinin kifayət qədər yüksək olduğu müəyyənləşdirilmişdir.
Nərmin Həsənovanın məruzəsi Elmi Şuranın üzvləri tərəfindən geniş müzakirə olundu və keçirilən sorğuda akademik heyət üzvlərinin irəli sürdüyü arzu və təkliflərə baxılması məqsədəuyğun hesab edildi.
Akademik heyətin peşəkar inkişafını daha da yüksəltmək məqsədilə müvafiq ixtisaslar üzrə seminarların, təlimlərin təşkil olunması Təhsildə Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənovaya həvalə olundu.
SDU-nun məzunlarının işlə təmin olunması istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr barədə Karyera və Məzunlarla İş Mərkəzinin müdiri dosent Əmirxan İsayev məlumat verdi. Bildirdi ki, Karyera və Məzunlarla İş Mərkəzinin saytı aktivləşdirilmişdir, saytda mərkəzin ünvanı, karyera məsləhət saatları, əməkdaşlıq edilən şirkətlərdə mövcud olan vakansiyalar haqqında və digər məlumatlar öz əksini tapmışdır.
Aparılan müzakirələrdən sonra Karyera və Məzunlarla İş Mərkəzinin fəaliyyətinin daha da genişləndirilməsi, Sumqayıt şəhərində və ətraf regionlarda, həmçinin digər şəhər və rayonlarda fəaliyyət göstərən müəssisələrlə və respublikamızın müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsi və SDU-nun məzunları ilə universitetdə görüşlərin təşkil edilməsi mərkəzin müdiri dosent Əmirxan İsayevə tapşırıldı.
Elmi katib professor Muxtar Səmədov Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi, II qrup əlil E.İ.Mənsimovun Tələbə evində yaşaması üçün ödənişdən azad olunması barədə müraciət etdiyini bildirdi. Qeyd olundu ki, həmin tələbə təhsil haqqından da azad edilib.
Elmi Şura tərəfindən Tarix və coğrafiya fakültəsinin IV kurs tələbəsi II qrup əlil E.İ.Mənsimovun Tələbə evində yaşaması üçün ödənişdən azad edilməsi barədə qərar qəbul edildi.
Sonra cari məsələlər müzakirə edildi. Elmi katib professor Muxtar Səmədov tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi ilə əlaqədar çıxış etdi, bildirdi ki, Elmi Şuraya 15 adda tədris vəsaiti daxil olub ki, onlardan 3-ü dərs vəsaiti, 10-u fənn proqramı, 2si isə təcrübə proqramıdır. Təqdim olunan tədris vəsaitləri müzakirə olunduqdan sonra müvafiq qərarlar qəbul olundu və Elmi Şuranın növbəti iclası öz işini yekunlaşdırdı.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az