Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Mühəndislik fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirildi
Mühəndislik fakültəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual yarış keçirildi
Martın 10-da Mühəndislik fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş intellektual yarış keçirildi.
Tədbiri Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev açaraq, intellektual bilik yarışının əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, yarışın keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, eləcə də asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Bildirdi ki, artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Fərəh hissi ilə deyə bilərik ki, bu gün də dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Ümummilli Liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Sonra intellektual oyuna start verildi. 24 sual üzrə 2 mərhələli yarışda tələbələr öz bilik və bacarıqlarını sınadılar. Müxtəlif sahələrə aid məntiqi və dünyagörüşü xarakterli suallarla əhatə olunan oyun zamanı ən yüksək nəticə göstərən tələbələr diplomlarla mükafatlandırıldılar.
Nəticəyə əsasən I yerə  652-ci qrup tələbəsi Absəməd Xəlilov, II yerə 651-ci qrup tələbəsi Zəka Vəliyev, III yerə isə 657-ci qrup tələbəsi Məhəmmədəli Babazadə layiq görüldülər.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az