Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Kimya və biologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirildi
Kimya və biologiya fakültəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbir keçirildi
Martın 13-də  Kimya və biologiya fakültəsində Tələbə Həmkarlar İttifaqı və Tələbə Gənclər Təşkilatının  təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev – Zəfərə gedən yolun başlanğıcı” adlı tədbir keçirildi.
Müəllim və tələbələrin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri fakültənin dekanı dosent Mahal Muradov açaraq xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və milli quruculuq fəaliyyətindən, Azərbaycan xalqının taleyində, milli birlik və dövlətçiliyin formalaşmasında, o cümlədən ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsində əvəzsiz xidmətlərindən, şəxsiyyətin siyasi, iqtisadi, elm, təhsil və digər sahələrdə həyata keçirdiyi islahatlardan danışdı. Bildirdi ki, bu gün insanlar tarixi vərəqlədikcə Heydər Əliyev zəkasının, düşüncəsinin, müdrikliyinin böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız, xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi olurlar. Dahi Heydər Əliyev məhvə doğru gedən Azərbaycanı uçurumun kənarından xilas edib güclü inkişaf yoluna çıxarmaqla xalqımızın böyük xilaskarına çevrilib. Qədirbilən xalqımız dahi şəxsiyyətin xidmətlərini əsla unutmur, onun xatirəsini ehtiramla yad edib, daim uca tutur. Dekan onu da diqqətə çatdırdı ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə Heydər Əliyev ideyalarının əbədi olaraq yaşadığını bir daha sübuta yetirmiş oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun müstəqil dövlətimizə və xalqımıza qazandırdığı bu tarixi Zəfər məhz Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının böyük təntənəsidir.
Sonra Ulu Öndərin həyat və siyasi fəaliyyətinin bəzi məqamlarını əks etdirən videoçarx nümayiş etdirildi.
Daha sonra çıxış edən Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının dövlətçilik tarixində böyük uğurlara imza atmasından söhbət açdı. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür. Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Heydər Əliyev ideyalarına söykənir və əldə edilən dinamik inkişaf, sarsılmaz ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır və İlham Əliyev təkcə Prezident kimi deyil, həm də bir oğul kimi  öz üzərinə böyük məsuliyyət götürərək həm ata vəsiyyətini, həm də Prezident andını yerinə yetirdi.
Tədbirdə çıxış edən digər natiqlər dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs etdilər. Heydər Əliyevin əsl lider kimi yaddaşlarda daim yaşayacağını, onun həyatının və vətənə bağlılığının gənc nəslə hər zaman örnək olduğunu vurğuladılar.
Tədbirdə tələbələrin ifalarında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Sən elə bir zirvəsən”, “Ulu bir sərkərdə, Ulu bir Öndər”, “Torpağın səsi” adlı şeirlər və mahnılar səsləndirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az