Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru Novruz bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
SDU-nun rektoru Novruz bayramı münasibətilə kollektivi pul mükafatı ilə sevindirdi
Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edib. Mənşəyini uzaq keçmişin ən dərin qatlarından alan Novruz bayramı Azərbaycan xalqının mənəvi sərvəti kimi günümüzədək layiqincə yaşadılır. Odlar diyarını sivilizasiyaların qovuşuğundakı qədim mərkəz olaraq tanıdıb şöhrətləndirən mədəni sərvətlər xəzinəmizdə Novruz mərasimləri müstəsna mövqeyə malikdir. Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir.
Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində respublikamız müstəqilliyini bərpa edəndən sonra xalqımız öz adətlərinin, milli dəyərlərinin, insana, təbiətə sevginin nümunəsi olan Novruz bayramını daha böyük izdihamla qeyd etməyə başlamışdır. Çünki məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70–80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi şəkildə qeyd olunmağa başladı. Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev də mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşaraq, Novruz bayramının hər il yüksək səviyyədə keçirilməsini təmin edir. Bu, dünənimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. 30 illik fasilədən sonra əzəli Qarabağ torpaqlarımızın ölkə başçımızın müdrik səyi, igid oğullarımızın şücaəti sayəsində geri qayıtması bayramımıza bir ayrı əhval-ruhiyyə və rəng qatdı, Qarabağımızda, Şuşamızda bayram tonqallarının qalanması bütün xalqa ən böyük Novruz töhfəsi oldu.
Bu xoş əhval-ruhiyyəli bayram günündə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov universitetin bütün əməkdaşlarını təbrik etdi, onlara bol ruzi-bərəkət, əmin-amanlıq, yeni-yeni nailiyyətlər arzuladı və əməkdaşları bayram hədiyyəsi olaraq pul mükafatı ilə sevindirdi.
Qeyd edək ki, SDU-nun rektoru professor Elxan Hüseynovun imzaladığı müvafiq Əmrə əsasən işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə hər il Yeni il öncəsi, Novruz, Ramazan, Qurban bayramları ərəfəsində universitetin bütün əməkdaşlarına maddi yardımlar olunur ki, bu da kollektiv tərəfindən böyük rəğbətlə qarşılanır.
Novruz bayramınız mübarək olsun!
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az