Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Gələcəyin ekoloqları sənaye müəssisələrinə ekskursiya etdilər
Gələcəyin ekoloqları sənaye müəssisələrinə ekskursiya etdilər
Sumqayıt Dövlət Universitetinin Ekologiya mühəndisliyi və Ekologiya ixtisasları üzrə təhsil alan bakalavr və magistrlarantlardan ibarət 25 nəfər “Azərikimya” İstehsalat Birliyində ekskursiyada oldu. Fakültənin əməkdaşları: R.Əhmədova, N. Aşurova, T. Babayeva və S.Quliyevanın iştirakı ilə baş tutan ekskursiyadan əvvəl, onlar təhlükəsizlik texnikası qaydaları ilə tanış edilərək təlimatlandırıldılar. Daha sonra istehsalat birliyi Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin böyük mühəndisi İlham Məhərrəmovun rəhbərliyi ilə istehsal prosesi ilə tanış oldular. Müəllim və tələbələrə istehsalatın ayrı-ayrı sexlərində gedən proseslər, o cümlədən texnoloji proseslərdən alınan yan məhsullar və tullantıların utilizasiyası haqqında geniş məlumat verildi.
Kimya və biologiya fakültəsinin ekoloq tələbələrindən ibarət növbəti qrupu isə Ekologiya kafedrasının əməkdaşları Nərgiz Aşurova, Tünzalə Babayeva və Səkinəxanım Quliyevanın müşayiəti ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Xidmətlər Agentliyində ekskursiyada oldular. Agentliyin direktoru Əli İbrahimov təşkilat barədə universitetdən gələn qonaqlara məlumat verib, onları ekskursiya üçün şöbələrə yönləndirdilər. Agentliyin üç şöbəsində olan tələbələr baş aqrokimyaçı Kəmalə Şamxalovanın təqdimatında Torpaq, su, bitki, gübrə analizləri şöbəsinin işi ilə tanış oldular. Tələbələr Toxum analizləri şöbəsində isə müxtəlif növ toxum çeşidləri və onların təbiətdə düzgün əkilib-becərilmə prosesi, həmçinin Agentliyin direktor müavini Əfsanə Hüseynovanın bələdçiliyi ilə aparılan ayrı-ayrı analizlərin aparılmasını müşahidə etdilər.
“Təmiz şəhər” ASC-nin üç müxtəlif istehsal müəssisələrinə ekskursiya da tələbələr üçün maraqlı keçdi. İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri–mətbuat katibi Orxan Cabbarovun müşayiəti ilə Bakı bərk məişət tullantılarının yandırılması zavoduna ekskursiya zamanı tələbələr məişət tullantılarının utilizasiyası, istehsalatın iş prinsipi ilə tanış olmuş, daha sonra Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavoduna yola düşdülər. Tələbələr tullantıların vaxtaşırı zavoda daşınması, emalı prosesini, həmçinin çeşidlənməni həm monitorlarla, həm də əyani olaraq müşahidə etdilər. Balaxanı sənaye parkı ilə tanışlıq zamanı gənc ekoloqlar tullantılardan müxtəlifçeşidli hazır məhsulların (məmulatların, qabların və s.) alınması prosesini müşahidə edə və “Təmiz şəhər” in iş prinsipləri, onun nə dərəcədə ətraf mühit üçün lazımlı bir müəssisə olduğunu əyani görə bildilər.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az