Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti spartakiadaya start verildi
SDU-da “Heydər Əliyev İli” çərçivəsində növbəti spartakiadaya start verildi
Mart ayının 29-da Sumqayıt Dövlət Universitetində “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə növbəti spartakiadaya start verildi.
Tələbə Həmkarlar İttifaqı və İdman klubunun təşkilatçılığı ilə baş tutan spartakiadanın açılış mərasimində universitet rəhbərliyi və fakültələrin təmsilçiləri iştirak edirdi. SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov tədbiri açaraq spartakiada iştirakçılarına uğurlar arzuladı. Ümummilli Liderin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərini xatırladan prorektor ölkə gəncliyinin hərtərəfli inkişafına hesablanan dövlət siyasətinin verdiyi bəhrələrdən danışdı. Bildirdi ki, Ulu Öndər idmanın Azərbaycan gəncliyi üçün normaya çevrilməsini ancaq onların fiziki inkişafı üçün deyil, mənəvi kamilləşmələrində başlıca atributlardan biri hesab edirdi.
May ayının 5-nə qədər davam edəcək idman yarışlarında universitetin fakültələri və SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinın tələbələrindən ibarət yığma komandalar iştirak edəcək. Yarış iştirakçıları 5 idman növü: voleybol, şahmat, dama, stolüstü tennis, basketbol oyunları üzrə güclərini sınayacaq. Yarışlar komandalar üzrə dairəvi sistemlə keçirilir. Komandaların sayı 5-dən çox olarsa, komandalar yarımqruplara bölünəcək.
Müxtəlif idman növləri üzrə baş tutacaq yarışlar müvafiq federasiyaların əsasnamələri üzrə təsdiq olunan qaydalara uyğun keçiriləcək. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az