Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun təşkilatçılığı ilə Sumqayıt şəhər orta məktəbində azərbaycanlıların soyqırımı ilə bağlı tədbir olub
SDU-nun təşkilatçılığı ilə Sumqayıt şəhər orta məktəbində azərbaycanlıların soyqırımı ilə bağlı tədbir olub
Sumqayıt Dövlət Universiteti Tarix və coğrafiya fakültəsinin Tarix və onun tədrisi metodikası kafedrasının təşəbbüsü ilə Sumqayıt şəhəri Zülfi Hacıyev adına 17 nömrəli tam orta məktəbdə 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirildi.
Kafedranın tarixçi alimləri, məktəbin müəllim-şagird kollektivi, eləcə də universitetin həmin məktəbdə pedaqoji təcrübə keçən tələbələrinin iştirak etdiyi tədbir Vətənimiz uğrunda şəhid olan insanların xatirəsinə bir dəqiqəlik sükutla başladı.
Məktəbin direktoru Rəna Rufullayeva giriş sözündə tədbir iştirakçılarını salamladı və SDU-nun bir qrup tarixçi alimlərinin azərbaycanlıların soyqırımı, həmçinin Azərbaycana qarşı ermənilərin təcavüzkarlıq siyasəti barədə məruzələrlə çıxış edəcəyini bildirdi.
Daha sonra Tarix və coğrafiya fakültəsi Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova ermənilərin Azərbaycan torpaqlarına qarşı əsassız iddiaları, azərbaycanlılara qarşı görünməmiş cinayətlər, vəhşiliklər, kütləvi qırğınlar, qətl-qarətlər, talanlar, soyqırımı, etnik təmizləmə, azərbaycansızlaşdırma siyasəti apardığını və bu siyasətin bugünkü nəticələri barədə məruzəsi dinlənildi.
Həmin kafedranın müəllimi Şəhla Əhmədovanın 1918-ci ildə silahlı erməni nizami dəstələrinin bolşeviklərin siyasi, maddi və mənəvi dəstəyi ilə Bakı quberniyasında azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə tarixi sənədlərə əsaslanan çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılandı.
Fakültənin IV kurs tələbələri: Aişə Əmrahova, Xanım Mirəliyeva, Mətanət Məlikrzayeva daşnak-bolşevik silahlı dəstələrinin Şamaxı, Quba, Qarabağ və ölkəmizin digər bölgələrində törətdiyi vəhşiliklərin miqyası, həmçinin Cümhuriyyət hökumətinin yaratdığı Fövqəlada İstintaq Komissiyasının toplaya bildiyi materiallar barədə danışdılar.
Kafedranın baş müəllimi Nofəl Abdullayevın çıxışı isə Ümummilli Lider, Prezident Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın tarixi və siyasi əhəmiyyəti barədə oldu.
Tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Əliyar Rəfiyevin qiraətində Əhməd Cavadın “Susmaram” şeiri ilə davam edən tədbirin sonunda məktəbin direktoru Rəna Rufullayeva tədbirin yüksək səviyyədə təşkilnə görə universitetin rəhbərliyinə, şəxsən rektor professor Elxan Hüseynova, həmçinin məzmunlu çıxışlarına görə tarixçi alimlər və universitet tələbələrinə minnərtdarlığını bildirdi. 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az