Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi Hərbi Qənimətlər Parkına ekskursiya etdilər
SDU-nun Kimya və biologiya fakültəsinin bir qrup tələbəsi Hərbi Qənimətlər Parkına ekskursiya etdilər
Aprelin 15-də SDU-nun Kimya və biologiya fakültəsinin bir qrup müəllim və tələbəsi Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qalibiyyətinin təzahürü, əyani sübutu olan, Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Hərbi Qənimətlər Parkına ekskursiya etdilər.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd 27 sentyabr  ̶ 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirilən hərbi qənimətlər haqqında tələbələri məlumatlandırmaq və onların dünyagörüşünü inkişaf etdirməkdən ibarətdir.
Hərbi Qənimətlər Parkına ekskursiya zamanı fakültənin müəllimləri: Tapdıq Hacıyev və İlham Məmmədov tələbələrə Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verdilər. Həmçinin müharibə cinayətləri, döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktları da tələbələrin diqqətinə çatdırdılar.
Tələbələr ekskursiya çərçivəsində Vətən müharibəsi zamanı qənimət götürülən tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına tamaşa etdilər.
Ekskursiyanın təşkili tələbələrə ordumuzun Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşatdı. Bu qələbə günlərini yaşatdıqlarına görə ölkə rəhbərinə, şəhidlərimizə, əsgər və zabitlərimizə təşəkkürlərini bildirdilər.
 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az