Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ADA universiteti ilə əməkdaşlığımız genişlənir
ADA universiteti ilə əməkdaşlığımız genişlənir

Təhsil, təlim-tərbiyə hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla həmin dövlətin siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, hər bir suveren dövlət təhsilin inkişafına xüsusi diqqət yetirir, ölkəmizdə də bu sahə üzrə uğurlu islahatlar aparılır.
Ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamçısı cənab İlham Əliyevin "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir" fikri bugün Təhsil strategiyasında öz təsdiqini tapır.
Hal-hazırda ölkəmizdə demokratik modellərin axtarışı prosesində, təhsil sisteminin yeniləşməsində dünya təcrübəsinə inteqrasiya geniş miqyas almışdır.
Bu baxımından da universitetimiz bir çox xarici dövlətlərinin universitetləri ilə yanaşı respublikamızın qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlığını genişləndirir. ADA Universiteti digər ali təhsil müəssisələri ilə əməkdaşlıq layihəsi çərçivəsində xaricdən dəvət olunmuş professorlar universitetimizdə silsilə mühazirələrlə çıxış edirlər.
Noyabrın 11-də İqtisadiyyat və idarəetmə fakültəsində Professor Azər Abizadə "İstehlakçı nəzəriyəsinə giriş"mövzusunda ingilis dilində mühazirə oxudu.
Diskusiya şəklində keçən mühazirə tələbələrin marağına səbəb oldu.
Professor SDU-nun tələbələrini ADA Universitetində keçirilən "Açıq dərslərdə" iştirak etməyə dəvət etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az