Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Kimya və biologiya fakültəsində “Heydər Əliyev 100” adlı intellektual yarış keçirildi
SDU-da Kimya və biologiya fakültəsində “Heydər Əliyev 100” adlı intellektual yarış keçirildi
Aprelin 6-da Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər Təşkilatı və  Kimya və biologiya fakültəsinin birgə təşkilatçılığı ilə tələbələr arasında “Heydər Əliyev −100” adlı intellektual yarış keçirildi.
Yarışın açılışında Dövlət Himni səsləndirilərək, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Kimya və biologiya fakültəsinin dekanı dosent Mahal Muradov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri o qədər böyükdür ki, onun xatirəsi hər gün, hər zaman anılır. Elə bilik yarışının keçirilməsində də əsas məqsəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsidir. Dekan Ulu Öndərin irsinin yaşadılması və gənc nəsil arasında bu cür geniş bilik yarışlarının təşkil edilməsində böyük rolu olan fakültənin kollektivinə minnətdarlığını bildirdi, iştirakçılara uğurlar arzuladı.
Sonra intellektual yarışa start verildi. Yarışda hər komandada 5 nəfərdən ibarət olmaqla, 8 komanda iştirak etdi. Yarış 2 turda keçirildi, hər turda Azərbaycan xalqının Ümummili Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatlarını əks etdirən 12 sual səsləndirildi. Yarışda I yerə “Optimalist”, II yerə “Albatros” və III yerə  isə “Demon” komandaları layiq görüldülər. Qalib komandaların hər bir üzvünə iştirakçı sertifikatları təqdim edildi.
 
Mətbuat xidməti
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az