Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşlarının iştirakı ilə tədbir oldu
SDU-da Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşlarının iştirakı ilə tədbir oldu
Aprelin 6-da Sumqayıt Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşları müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə həsr olunan seminar keçirdi.
Tədbirdə SDU-nun Tədris Metodik Mərkəzinin direktoru Faiq Şirinov, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşları: Ülvi İsmayılov, Tükəzban Quliyeva, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva və SDU-nun fakültə dekanları, kafedra müdirləri, müəllimlər iştirak etdilər.
Tədbiri SDU-nun Tədris Metodik Mərkəzinin direktoru Faiq Şirinov açaraq, seminarın əhəmiyyətini qeyd etdi. O, çıxışını davam edərək, İnsan resursları şöbəsinin təşkil etdiyi müsabiqələrin əhəmiyyətli rolundan, həmçinin müəllimlərin işə qəbulu üzrə ciddi işlər görüldüyündən bəhs etdi. Faiq Şirinov daha sonra SDU-da aparılan struktur islahatları, habelə əmək bazarının tələblərinə uyğun peşəkar kadrların hazırlanmasına dair görülən tədbirlər haqqında məlumat verdi. Bildirdi ki, bu gün genişprofilli Sumqayıt Dövlət Universitetinin əsas hədəfi müasir dövrün tələblərinə uyğun, yüksəksəviyyəli kadrlar, o cümlədən pedaqoji kadrlar hazırlamaq, həmçinin tədqiqat universiteti olaraq daha geniş fəaliyyət göstərməkdir. Mərkəzin direktoru çıxışının sonunda seminarın təşkilatçılarına təşəkkür etdi və iştirakçılara uğurlar arzuladı.
Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Ülvi İsmayılov təqdimatla çıxış edərək ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, bugünkü seminarın keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə ətraflı məlumat vermək, ali təhsil müəssisəsinin sonuncu tədris ilində pedaqoji profilli ixtisaslar üzrə təhsil alan tələbələri sözügedən müsabiqədə iştiraka təşviq etməkdir. Bu görüşün keçirilməsi gələcəkdə məzunların qarşılaşacaqları problemləri asanlıqla həll etmələri üçün vacib bir mərhələdir.
Daha sonra Ülvi İsmayılov SDU-da pedaqoji profilli ixtisaslar üzrə ali təhsil alan və məzun olmuş tələbələrin son dövrlər keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarındakı nəticələrinə dair statistik təhlili iştirakçıların diqqətinə çatdırdı. Eyni zamanda, müəllimlərin işə qəbulu ilə əlaqədar qanunvericiliklə bağlı məlumat verdi və müəllimlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən tədbirləri xatırlatdı.
Maraqla qarşılanan təqdimatdan sonra professor-müəllim heyətini maraqlandıran digər suallara Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva aydınlıq gətirdilər.
Təqdim edilən təhlil ətrafında müzakirələr aparıldı. Keçirilən tədbirin, səsləndirilən analitik təhlilin nəticələrinin gələcək qəbul planları ilə yanaşı, tədrisin daha da təkmilləşdirilməsində önəmli rol oynayacağı vurğulandı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az