Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Riyaziyyat fakültəsində fənn olimpiadası keçirildi
SDU-nun Riyaziyyat fakültəsində fənn olimpiadası keçirildi
Aprelin 8-də Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə riyaziyyat fənni üzrə I‒III kurs tələbələri arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş olimpiada keçirildi. 
Öncə Riyaziyyat fakültəsinin dekanı dosent Xalidə Həsənova çıxış edərək iştirakçıları salamladı, olimpiadanın əhəmiyyəti və məqsədindən söhbət açdı. Bildirdi ki, olimpiadanın təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkar edilməsi, tələbələrdə bu fənnə marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığını qeyd edən dekan Ulu Öndərin təhsillə bağlı fikirlərini xatırlatdı: “Təhsil sistemimizin hazırkı vəziyyətini, onun problemlərini dərindən öyrəndikdən sonra prioritet sahələr müəyyən edilməlidir”.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən təhsil sistemində apardığı islahatlardan danışan Xalidə Həsənova bugünkü uğurlarda o islahatların rolu barədə danışdı, olimpiada iştirakçılarına uğurlar arzuladı. 
Sonra Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, professor Nəbi Qurbanov, Diferensial tənliklər və optimallaşdırma kafedrasının müdiri professor Fikrət Feyziyev və Riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri dosent Məftun Heydərova bu cür tədbirlərin elmə maraq yaradılması baxımından keçirilməsinin vacib olduğunu vurğulayaraq olimpiada iştirakçılarına uğurlar arzuladılar.
Açıq suallar şəklində təşkil olunan olimpiada zamanı 100-dən çox tələbə 3 saat ərzində sualları cavablandıraraq yüksək bilik nümayiş etdirdilər. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az