Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun müəllim və tələbələri Türkiyədə keçirilən beynəlxalq konfransa qatıldılar
SDU-nun müəllim və tələbələri Türkiyədə keçirilən beynəlxalq konfransa qatıldılar
Aprelin 8-də Sumqayıt Dövlət Universiteti Tarix və coğrafiya fakültəsinin bir qrup tələbəsi Türkiyənin İzmir şəhərində onlayn formatda keçirilən “Dəyişən dünyada elm, sosial və sağlıq elmləri” IX beynəlxalq konfransında iştirak etdilər.
BZT Akademiyası, Dublin və Ege universitetlərinin təşkilatçılığı ilə keçirilən, 21 ölkənin iştirak etdiyi konfransda türk dövlətlərinin aparıcı universitetləri ilə yanaşı, nüfuzlu dünya, həmçinin Azərbaycan alimləri və tələbələr iştirak etdilər.
Əvvəlcə konfransın baş koordinatoru Dr. Baha Ahmet Yılmaz və təşkilat komitəsinin üzvü Prof. Dr.Yueqi Zhang iştrakçıları salamlayaraq, konfransın mühüm əhəmiyyətindən bəhs etdilər.
Beynəlxalq konfransda Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin bir qrup müəllim və tələbəsi tarixin müxtəlif dövrlərini əhatə edən məruzələrlə çıxış etdilər. Tələbələrin tezisləri beynəlxalq hakimlər tərəfindən 9 bal dəyərində qiymətləndirildi.
İki gün davam edən konfransın sonunda uğurla çıxış edən müəllim və tələbələrimiz müvafiq sertifikatlara layiq görüldülər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az