Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun kollektivi Sumqayıt Dövlət Dram Teatrında “Qurtuluş” tamaşasını izlədi
SDU-nun kollektivi Sumqayıt Dövlət Dram Teatrında “Qurtuluş” tamaşasını izlədi
Aprelin 13-də SDU-nun kollektivi Sumqayıt Dövlət Dram Teatrında Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Qurtuluş” tamaşasını izlədi.
Tamaşada Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim, tələbə heyəti və əməkdaşları iştirak etdilər. 
“Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” layihəsi çərçivəsində təqdim olunan tamaşa müstəqillik tariximizə, bu tarixin ən gərgin dövrlərinə, müasir Azərbaycanın ən taleyüklü və parlaq səhifələrini yaradan görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin fenomenal cəhətlərinə həsr olunub.
Heydər Əliyev ideyalarının daha dərindən öyrənilməsi və təbliği məqsədilə səhnələşdirilən tamaşada Ümummilli Liderin bədii obrazı canlandırıldı, onun həyatı və siyasi fəaliyyəti ilə bağlı maraqlı fraqmentlər əks etdirildi. Prezident İlham Əliyevin Qarabağdakı Zəfər yürüşünü əks etdirən yaddaqalan epizodlarla yekunlaşan tamaşa universitetin kollektivi tərəfindən böyük maraqla qarşılandı.
Tamaşanın quruluşçu rejissoru İftixar Piriyev, rejissor assistenti İmaməli İmaməliyevdir. Səhnə əsərində Heydər Əliyevin bədii obrazını da Əməkdar mədəniyyət işçisi İftixar Piriyev canlandırıb.
Digər rolları teatrın aktyorları: Məhərrəm Musayev, Esmiralda Şahbazova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Natiq Həziyev, Sevinc Hüseynova, Bəhruz Hikmətoğlu, Fərid Vəliyev, Samir Əliyev, Müdvər Nemətova, Xədicə Məmmədova, Pərvin Dadaşova, Güney Əliyeva, Sevinc Hüseynova, Bəxtiyar, Zəki Fətəliyev, Səbinə İmamverdiyeva, Anar Buludov, Arzuman Tanrıverdi ifa etdilər.
Tamaşa universitet kollektivi, tələbələr tərəfindən maraqla qarşılandı.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin kollektivi tərəfindən “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planı çərçivəsində Ulu Öndər Heydər Əliyevin zəngin, çoxşaxəli irsinin təbliği, əziz xatirəsinin yaşadılması və təbliği məqsədilə silsilə tədbirlər, konfranslar, dəyirmi masalar keçirilir.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az