Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | İtaliyanın SAİPEM neft-qaz şirkəti və SDU-nun nümayəndə heyəti arasında işgüzar görüş keçirildi
İtaliyanın SAİPEM neft-qaz şirkəti və SDU-nun nümayəndə heyəti arasında işgüzar görüş keçirildi
Aprelin 14-də İtaliyanın ən böyük neft-qaz şirkətlərindən biri olan SAİPEM və SDU-nun nümayəndə heyəti arasında işgüzar görüş keçirildi. Görüşdə İtaliyanın SAİPEM şirkəti tərəfindən Azərbaycan Respublikasındakı filialının müdiri İlham Eminbəyli, Davamlı İnkişaf, Xarici münasibətlər və əlaqələr üzrə müdir Aytən Həsənova, İnsan Resursları üzrə menecer Nəzakət Əfəndiyeva, İnsan Resursları üzrə koordinator Vüsal Məlikov və Təlim koordinatoru Almaz İbrahimova, SDU tərəfindən isə Ümumi işlər üzrə prorektor Əsəd Məmmədov, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev, Elmi hissənin müdiri dosent Samir Orucov, Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova, Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva iştirak etdilər.
İlkin olaraq SDU-nun tanıtım videosu təqdim olundu. Sonra isə universitetin inkişaf dinamikası haqqında təqdimatla ətraflı məlumat verildi. Görüş zamanı geniş fikir mübadiləsi aparıldı. SAİPEM şirkətinin karbonsuz enerji mənbələri sahəsində araşdırmalarının SDU-nun Kimya və biologiya fakültəsinin Neft kimyası və kimya mühəndisliyi kafedrası ilə aparılması, HAKATON silsilə tədbirlərinin SDU-nun nəzdində İnnovasiya Yaradıcılıq Mərkəzində keçirilməsi, SAİPEM şirkəti üçün SDU-nun müəllim və tələbələrindən ibarət BRAİNSTORMİNG komandasının yaradılması kimi məsələlər danışıqların əsasını təşkil etdi.
Sonda tərəflər arasında işgüzar görüşlərin davam etdirilməsi məqsədəuyğun hesab edildi. 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az