Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri
“Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri
Aprelin 14-də Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən “Tea Talks” proqramı çərçivəsində növbəti karyera səfəri "Pasha Pay" şirkətinə oldu.
Səfər zamanı “Pasha Pay” şirkətinin tərəfdaşlarla bağlı baş mütəxəssisi Samirə Qasımova ofis proqramlarından istifadə bacarığı, komanda daxilində işləmək haqqında geniş məlumat verdi.
Tələbələr şirkət və əməkdaşlar ilə tanış olaraq onların təklif etdiyi imkanlardan xəbərdar oldular. Gələcək karyerasını satış sahəsi üzrə qurmaq istəyən, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr görüşdən yararlandılar.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin komanda kapitanı Şəfa İsayeva iştirak etdi.
Tədbir müzakirə və sual-cavab ilə yekunlaşdı.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az