Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Universitetimizin tələbələri karyera sərgisində olublar
Universitetimizin tələbələri karyera sərgisində olublar
Aprelin 15-də SDU-nun tələbələri  Azərbaycan Hotel Assosiasiyasının (AHA) tələbələr üçün təşkil etdiyi “Hospitality from the Heart” adlı karyera sərgisində iştirak ediblər.
Karyera sərgisində SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm ixtisası üzrə təhsil alan I kurs tələbələri və qrupun kuratoru İqtisadiyyat kafedrasının baş müəllimi İlqar Osmanov iştirak etmişdir.
Sərgidə qonaqpərvərlik və turizm sahəsində Azərbaycanda reallaşdırılacaq layihələrlə bağlı Azərbaycan Respublikasının Turizm Agentliyinin nümayəndələri, Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin müşaviri Səftər Rəhimli turizmlə bağlı layihələr haqqında məlumat verib.
Tələbələr sərgidə bir çox otellər barədə geniş məlumatlanıblar. Universitetimizin tələbələri həmçinin, “Abşeron”, “Hilton”, “Şahdağ”, “Quba Palace Azerbaijan, “Qaşaltı Naftalan” otelləri haqqında məlumat alıblar.
Tələbələr gələcək illərdə təcrübə proqramlarında iştirak etməklə bağlı təkliflər səsləndirib, həmçinin təcrübə proqramlarına qoşulmaq üçün müraciət ediblər.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az