Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Konstitusiya və Milli Dirçəliş günü qeyd olundu
Konstitusiya və Milli Dirçəliş günü qeyd olundu

Noyabrın 11-də Kimya və biologiya fakültəsində Milli Konstitusiya və Dirçəliş günü münasibəti ilə YAP Gənclər Birliyinin təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Kimya və biologiya fakültəsinin dekanı, dosent Mahal Muradov açaraq bildirdi ki, Artıq 20 ildir, Azərbaycan noyabrın 12-ni Konstitusiya Günü kimi qeyd edir. O, konstitusiyada mövcud olan insan hüquqları, Konstitusiya Məhkəməsinin iş prinsipləri, habelə Azərbaycanın hüquq sistemində konstitusiya dəyərlərinin rolundan da danışdı.
Azərbaycan tarixi kafedrasının dosenti, YAP Sumqayıt şəhər Təşkilatının sədr müavini Elmar Xəlilov ulu öndərin şah əsəri olan Konstitusiya gününün müstəqillik tarixində böyük hadisələrdən biri olduğunu qeyd etdi. Milli Dirçəliş günündən söhbət açan dosent tarixin sınaqlarından üzü ağ çıxan Azərbaycan xalqının qəhrəmanlığından bəhs etdi. Dosent Milli dirçəliş hərəkatının öyrənilməsi, onun bu günkü və gələcək nəslə çatdırılmasının böyük əhəmiyyət kəsb etdiyi vurğuladı.
YAP GB sədri Səma Əsədova və tələbələrdən Rüfanə Quliyeva, Sevil Qulamiyeva, Günel Rəhimova çıxış edərək konstitusiyada insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsi mütərəqqi hal olduğunu bildirdilər.
Tədbirdə Kimya və biologiya fakültəsinin tələbəsi Məhəmməd Şükürovun hazırladığı video-çarx nümayiş olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az