Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Rusiya Federasiyasının Moskva şəhərində SDU ilə RDHU nümayəndələri arasında görüş keçirilib
Rusiya Federasiyasının Moskva şəhərində SDU ilə RDHU nümayəndələri arasında görüş keçirilib
16-22 aprel tarixlərində SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov və Elmi hissənin müdiri dosent Samir Orucov Rusiya Federasiyasının Moskva şəhərində РИНЦ e-library НЭБ (Rusiya Emi İstinad İndeksi e-library Elmi Elektron Kitabxanası) ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə elmi ezamiyyətdə oldular. Ezamiyyət müddətində orada yerləşən bir neçə elm, innovasiya və təhsil müəssisələrində də olaraq, tədrisin və elmi fəaliyyətin təşkili, əldə edilən biliklərin texnoloji tətbiqi məsələləri ilə yaxından tanış oldular.        
Rusiya Federal Dövlət Büdcə ali təhsil müəssisəsi Rusiya Dövlət Humanitar Universitetində (RDHU) keçirilən görüşdə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi professor Olqa Trofimova ilə RDHU tələbələrinin bir tədris semestri ərzində Sumqayıt Dövlət Universitetində Azərbaycan dili üzrə nitq mühitində təcrübə əldə etmələri və nitq bacarıqlarının artırılması məqsədilə təhsil almalarının təşkili məsələləri də ətraflı müzakirə edildi.    
Görüşdə SDU-nun “Elmi xəbərlər” jurnalının təqdimatı keçirildi. Sonra əməkdaşlarımız üçün RDHU-da yaradılan Puşkin adına “Qədim İncəsənət Muzeyi” və “Leonardo da Vinçi Muzeyi”nə ekskursiya təşkil olundu.
RDHU-nun Prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Yefim Pivovar əməkdaşlarımızı qəbul edərək, SDU-nun rektoru professor Elxan Hüseynova salamlarını çatdırmağı xahiş etdi, Azərbaycan haqqında yazdığı kitabları təqdim edərək, bundan sonra da universitetlərimiz arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğuladı. 
Ezamiyyə proqramı çərçivəsində əməkdaşlarımız Rusiya Federasiyasının “Skolkovo” fondu tərəfindən təsis olunmuş Skolkovo İnnovasiya Yaradıcılıq Mərkəzini də ziyarət edərək, onun fəaliyyəti ilə yaxından tanış oldular. Skolkovoda yerləşən “Skoltex” – Elm və Texnologiyalar İnstitutunda əməkdaşlarımızı qarşılayan “Skoltex”in elm və akademik əməkdaşlıq üzrə vitse-prezidenti, fizika-riyaziyyat elmləri doktoru, professor Qriqori Kabatyanski ali təhsil müəssisəsində tanışlıq gəzintisi keçirərək institutun yaradılma tarixi, elmi-tədqiqat və təhsil prosesi haqqında geniş məlumat verdi.
Sonda xatirə fotoşəkilləri çəkildi. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az