Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində intellektual “Bilik yarışı” keçirildi
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində intellektual “Bilik yarışı” keçirildi
Aprel ayının 28-də SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində Maliyyə və mühasibat uçotu, həmçinin İqtisadiyyat kafedralarının birgə təşkilatçılığı ilə tələbələrin elmi və intellektual fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bilik yarışı” keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
İqtisadiyyat kafedrasının dosenti Lalə Vəliyeva və Maliyyə-mühasibat uçotu kafedrasının dosenti Dilarə Əmiraslanovanın moderatorluğu ilə təşkil olunmuş tədbiri İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayevaaçaraq iştirakçıları salamladı və tədbirin əhəmiyyətindən bəhs etdi.Bildirdi ki, Ulu Öndər Azərbaycan gəncliyinin hərtərəfli şəxsiyyət kimi formalaşmasını cəmiyyətin bir nömrəli qayğısı hesab edirdi. Tədbirin Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ərəfəsində keçirilməsinin təsadüfi olmadığını bildirdi. Qeyd etdi ki, yarışa qatılan tələbələr öz bilik və bacarıqları, məntiqi düşüncələri ilə fərqlənə biləcəklər. Prezident İlham Əliyevin əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətini uğurla davam etdirdiyini vurğulayan dosent Aynurə Yəhyayeva tələbələrin mükəmməl mütəxəssis kimi yetişməsi üçün universitetdə hər bir şərait yaradıldığını qeyd etdi.Yarışın fərdi, yaxud kollektiv olaraq öz potensialını yoxlamaq üçün fürsət olduğunu söyləyən dekan iştirakçılara uğurlar arzuladı.
Sonra tədbirin moderatoru “Pay+i+tax”, “Viktoriya”, “Xarıbülbül”, “Gənc iqtisadçılar”, “Zirvə” komandalarını səhnəyə dəvət etdi. 3 turda davam edən bilik yarışması tələbələrin ifasında təqdim edilən şeir və mahnılarla daha da rəngarəng oldu.
Yarış ev tapşırığı mərhələsi ilə davam etdi. Onun şərtlərinə uyğun olaraq, hər komandadan bir tələbə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusu üzrə slaydlar təqdim etdilər.
Münsiflər heyəti İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, həmin kafedranın professoru Şəfa Əliyev, Biznesin təşkili və menecment kafdrasının müdiri dosent Qalib Hüseynov, Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova tələbələrin çıxışlarına münasibət bildirdilər.
Tədbir  qalib komandaların mükafatlandırması ilə başa çatdı.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az