Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları Milli Mühasiblər Forumunda iştirak etdilər
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları Milli Mühasiblər Forumunda iştirak etdilər
Aprelin 27-də Bakı Konqres mərkəzində “Gənc mühasiblər” İctimai Birliyinin təşkilatçılığı ilə Milli Mühasiblər Forumu keçirildi.
Forumun açılış mərasimində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Gənc Mühasiblər İctimai Birliyi, Gənclər Fondu, Maliyyə Nazirliyi, Dövlət Məşğulluq Agentliyi və Dövlət Vergi Xidmətinin nümayəndələri çıxış etdilər.
“Gənc mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva tədbiri açaraq iştirakçıları salamladı və forumun əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, belə tədbirlər ölkəmizdə aparılan iqtisadi inkişafa yönəlmiş islahatlara töhfə vermək, müasir iqtisadi biliklərə malik kadrların, gənc mühasib və digər peşə sahələri üzrə mütəxəssislərin hazırlanmasını dəstəkləyir. Eyni zamanda sahibkarlıq vərdişlərinin formalaşdırılması, qeyri-neft sektorunun və kiçik biznesin inkişafı, iqtisadi sektorda, mühasibatlıq və digər sahələrdə qanunvericiliyin tətbiqi istiqamətində çox mühüm rol oynayır. Hal-hazırda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərinin reallaşdırılması üçün ölkəmizdə bir sıra addımlar atılmaqdadır. Strategiyanın əsas hədəflərinə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dövlət büdcəsinin dayanıqlığının və səmərəliliyinin artırılması mexanizmlərinin təkmilləşdirilməsinə nail olmaq, eyni zamanda insan kapitalının davamlı inkişafını təmin etmək daxildir.
Forumun aparıcısı Bakı Hesabat Mərkəzinin direktoru Mehdi Babayev tədbirin əhəmiyyətini qeyd edərək panel müzakirələrin aparılmasına dəvət olunan dövlət nümayəndələrini və moderatorları təqdim etdi.
Panel müzakirələri zamanı  məruzəçilər müasir dövrdə peşəkar mühasiblərin hazırlanması ilə bağlı iştirakçılara müxtəlif mövzularda suallar ünvanladılar.
SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev, tyutor Könül Behbudova, laborantlar Türkan Seyfullayeva və Aysel Nəsirli mövzu ətrafında müzakirələrdə fəal iştirak etdilər.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az