Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Heydər Əliyev İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
SDU-da “Heydər Əliyev İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında Tələbə HİK və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirildi.
Yarışda SDU-nun 7 fakültəsinin və SDU nəzdində SDTK-nın tələbələrindən ibarət komandaları iştirak edirdi.
Tədbiri Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar  Xəlilov açaraq yarışın əhəmiyyətini qeyd edərək ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsinə gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hərtərəfli inkişafları üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, intellektual yarışın keçirilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyıb. Prorektor onu da qeyd etdi ki, Prezident cənab İlham Əliyev tərəfindən imzalanmış Dövlət Proqramlarının icrası ölkədə gənclər siyasətinin daha da inkişaf etdirilməsinə təkan verib. Bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı, onların iqtisadi proseslərdə fəal iştirakının təmin edilməsi baxımından xeyli iş görülüb. Həmçinin gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakı gücləndirilib, onların müstəqil fəaliyyəti üçün zəruri infrastruktur inkişaf etdirilib. Bütövlükdə Azərbaycanda yüksək intellektli gənc nəsil formalaşıb. Bu gün öz bilik və bacarığı ilə ölkəmizdə, eləcə də dünyada Azərbaycanın adını yüksək tutan gənclərimiz var.
Prorektor çıxışının sonunda belə yarışların ənənəvi hal almasının vacibliyini vurğulayaraq, iştirakçılara uğurlar arzuladı.
Sonra SDU Tələbə HİK-in sədri Tayfun Hacılı çıxış edərək, ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət göstərildiyini bildirdi. Tələbələrin bilik və düşünmə bacarıqlarının, məntiqi təfəkkürlərinin inkişafında bilik yarışlarının əhəmiyyətini diqqətə çatdırdı.
Bilik yarışında komandalar Azərbaycan xalqının Ümummili lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Ulu Öndərin rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesi və islahatları əhatə edən sualları cavablandırıblar. Komandaların cavabları münsiflər heyəti tərəfindən qeydə alınıb və qiymətləndirilib.
Gərgin keçən bilik mübarizəsində qalib komandalar müəyyən edildi. Yarışın nəticələrinə əsasən Tarix və coğrafiya fakültəsinin komandası I yerə, Riyaziyyat fakültəsinin komandası II yerə, İqtisadiyyat və idarəetmə fakültəsinin komandası isə III yerə layiq görüldülər.
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az