Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fizika üzrə fənn olimpiadası keçirildi
SDU-da Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fizika üzrə fənn olimpiadası keçirildi
Mayın 6-da Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə  həsr olunmuş “Bu günün şagirdi, sabahın alimi” devizi altında Sumqayıt şəhər məktəblərinin IX-XI sinif şagirdləri arasında fizika üzrə fənn olimpiadası keçirildi.
Tədbiri giriş sözü ilə SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırdı və onlara uğurlar arzuladı. Prorektor “Heydər Əliyev ili” çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biri kimi bu tədbirin təhsilin bugünkü inkişafındakı rolundan, intellektual və savadlı gəncliyin, yüksəkixtisaslı kadrların yetişdirilməsi istiqamətindəki əhəmiyyətindən bəhs etdi.
Sonra fakültə dekanı dosent Tamella Əhmədova çıxış edərək tədbir iştirakçılarına müvəffəqiyyətlər arzuladı və olimpiadanın əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, olimpiadanın keçirilməsi bir platforma rolunu oynayaraq əməkdaşlıq əlaqələrimizin genişlənməsinə və təhsil sahəsində qarşımıza qoyduğumuz məqsədlərə, hədəflərə çatmağımıza zəmin yaradır.
Qeyd edək ki, olimpiadada Sumqayıt şəhəri üzrə 34 məktəbdən 120 şagird iştirak etdi. Hər sinif üzrə iştirakçılara 10 ballıq əmsalla kateqoriyalaşdırılmış açıq tipli 5 məsələ (ümumi qiymətləndirilmə 50 bal intervalında aparılmaqla) təqdim edildi. Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə keçirilən olimpiadanın sualları universitetin alimləri tərəfindən hazırlanıb.
Olimpiadanın nəticələri elan olunduqdan sonra qaliblərə diplom və mükafatlar, fərqlənən iştirakçılara isə həvəsləndirici diplomlar veriləcək.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az