Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz “Azərikimya” İB tərəfindən təşkil olunmuş kross yarışında mükafatlandırılıblar
Tələbələrimiz “Azərikimya” İB tərəfindən təşkil olunmuş kross yarışında mükafatlandırılıblar
Mayın 6-da SOCAR “Azərikimya” İstehsalat Birliyinin və Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması münasibətilə Sumqayıt şəhərində yerləşən idarə, müəssisə və təşkilatların əməkdaşları, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə Sumqayıt bulvarı ərazisində keçirilən kross yarışının qaliblərinə mükafatların təqdimetmə mərasimi keçirildi.
Böyük ruh yüksəkliyi ilə keçən və təxminən 200 nəfərin iştirak etdiyi idman yarışında kişilər arasında yüksək əzmkarlıq nümayiş etdirən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin əməkdaşı Şahin Səfixanov finişə birinci çatdı. “SOCAR-Polymer” MMC-nin işçisi Samir Cavadov və Sumqayıt Dövlət Universitetinin tələbəsi İsmət Əzimzadə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdülər.
Qadınlar arasında isə YAP Sumqayıt Şəhər Təşkilatının nümayəndəsi Tünzalə Süleymanova turnirin birincisi olmuş, Sumqayıt Dövlət Universitetinin tələbələri: Zeynəb Quliyeva və Nəzrin Həsənova isə ikinci və üçüncü yerləri bölüşdülər.
Qaliblərə “Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən diplom, mükafatlar və medallar təqdim olundu. 
Turnirin qalibləri ilə bərabər, kişilər arasında 4, 5 və 6-cı yerin sahibləri: Mirnuh Tağılı (SDU), Taleh Babayev (SDU-nun nəzdində Sumqayıt Texniki Kolleci), Ağasif Məlikov (SDU), qadınlar arasında isə Fatimə Mahmudlu (SDU), Leyla Namazova (YAP Sumqayıt Şəhər Təşkilatı) və Sevinc Şəfiyeva (“Azərikimya” İB) diplomla təltif olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az