Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU və SDTK-nın birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
SDU və SDTK-nın birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
Mayın 8-də “Heydər Əliyev İli” çərçivəsində Filologiya fakültəsi və SDU nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mədəni irsimiz” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Texniki Kollecinin direktoru dosent Mətanət Pirquliyeva açaraq Heydər Əliyevin təhsil sisteminə, mütəxəssis hazırlığına cəmiyyətin ən vacib, strateji əhəmiyyətli bir sahəsi kimi yanaşdığını qeyd etdi və sosial həyatımızın digər sahələrinin də təhsilə əsaslandığını, onun üzərində qurulduğunu vurğuladı.
Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva çıxışında Heydər Əliyevin Azərbaycan təhsilinə verdiyi qiymət və gəncliyin hərtərəfli inkişafı üçün atılan addımlardan söhbət açdı. Filologiya fakültəsi və Sumqayıt Dövlət Texniki Kollecinin birgə layihəsi olan “Heydər Əliyev və milli – mədəni irsimiz”  adlı tədbirin ərsəyə gəlməsində iştirak etmiş bütün yaradıcı və texniki heyət üzvlərinə, SDU-nun rəhbərliyinə və bu işdə zəhmət çəkmiş hər kəsə dərin təşəkkürünü bildirən dekan bu tədbirin gənclərin yaddaşında izsiz qalmayacağını bildirdi.
Tədbir Sumqayıt Dövlət Universitetinin “Səma” rəqs qrupunun ifasında “Odlar Yurdu” kompozisiyası ilə davam etdi.
Sonra natiqlər-Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Əliyev “Heydər Əliyev və Azərbaycançılıq”, Filologiya fakültəsinin Xarici dillər kafedrasının müdiri professor Nigar İsgəndərova “Ümummilli Lider və Azərbaycan elmi”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli “Heydər Əliyev nitqinin xəlqiliyi” mövzularında məruzələr etdilər.
Sonda Filologiya fakültəsinin III kurs tələbələri Nərmin Qardaşxanlı və Lalə Xəlilovanın ifasında dosent Mətanət Pirquliyevanın Ulu Öndərə həsr etdiyi “Sənin əsərin” şeirinə bəstələnmiş mahnı səsləndirildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az