Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Mühəndislik fakültəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
SDU-nun Mühəndislik fakültəsində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
SDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir. Mayın 8-də SDU-nun Mühəndislik fakültəsinin, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Ulu Öndərə həsr olunmuş “Əsrin lideri” adlı tədbir keçirildi.
İlk olaraq Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan fakültə dekanı dosent Ulduz Ağayev Heydər Əliyevin tarixdə müstəqil dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderlərdən biri olduğunu vurğuladı. Qeyd etdi ki, nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan bu şəxsiyyət ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən müdrik siyasəti uğurlu gələcəyə gedən yollarımızı daim işıqlandıracaq.
Daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarxlar nümayiş olundu.
Sonra fakültənin 1-ci kurs tələbəsi Əli Qurbanov “Heydər Əliyevin həyatı“, 2-ci kurs tələbəsi Dilbər Dərgahova isə “ Heydər Əliyev siyasəti” mövzularında çıxış edərək Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin siyasi fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər.
Tədbirin bədii hissəsində fakültənin 1-ci kurs tələbələri: Arzu Məmmədova “Ulu Öndər” şeirini səsləndirdi və Kənan Əhmədli musiqisi Sevil Əliyevaya məxsus “Ana” mahnısını ifa etdi. Tədbirin sonunda fakültənin 3-cü kurs tələbəsi Səkinə Babayeva “Dədə Heydər – Atatürk” şeirini səsləndirdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az